Çərşənbə, Sentyabr 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP AÇG yatağının işlənməsi layihəsi çərçivəsində ƏMSSTQ sənədini hazırlayıb

19/09/2018
11
BAXIŞ
Share on FacebookShare on Twitter

BP Azəri, Çıraq və Dərinsulu Günəşli (AÇG) yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi  (HPBS) üzrə Podratçı Tərəflərin adından operator kimi elan edir ki, AÇG yatağının işlənməsi üzrə iş proqramı çərçivəsində Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı hazırlanıb və dərc edilib.

Azəri Mərkəzi Şərqi  (AMŞ) layihəsi AÇG müqavilə sahəsinin işlənməsinin növbəti mərhələsini əks etdirir. AMŞ üzrə ƏMSSTQ sənədində Azəri Mərkəzi Şərqi layihəsinin bütün fəaliyyətlərinin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılır və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir.

AMŞ layihəsinin aşağıdakılardan ibarət olması planlaşdırılır:

  • Suyun təxminən 137 metr dərinliyində, Mərkəzi Azəri (MA) və Şərqi Azəri (ŞA) platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platforması;
  • Üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastruktur;
  • ŞA platformasından AMŞ platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabeli.

AMŞ layihəsinin ƏMSSTQ prosesinin ümumi məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək və minimuma endirmək, mümkün olduqda isə aradan qaldırmaqdır.

Məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəylərinin toplanması və sənədləşdirilməsi prosesi bu tərəflərin ümumi rəylərinin layihənin planlaşdırılmasında və ƏMSSTQ-də əks etdirilməsini təmin edir.

Sizi AMŞ üzrə ƏMSSTQ sənədinə dair fikir və rəylərinizi bildirməyə dəvət edirik.

Azərbaycan və ingilis dillərində sənədin tam layihə variantı və qısa xülasəsi hazırlanıb və BP-nin www.bp.com/caspian vebsaytında yerləşdirilib.

Bu sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda yerləşdirilib:

  • BP-nin Bakıda yerləşən Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153
  • Ümid qəsəbəsindəki orta məktəblər:
    • Ümid qəsəbəsi 294 saylı tam orta məktəb
    • Ümid qəsəbəsi Laçın rayon 7 saylı tam orta məktəb
  • Səngəçal və Sahil qəsəbələrində yerləşən dövlət kitabxanaları:
    • Səngəçal qəsəbəsi, Sabir küçəsi, Qaradağ rayonunun mərkəzləşdirilmiş kitabxana sisteminin 5 saylı filalı
    • Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, Qaradağ rayonunun mərkəzləşdirilmiş kitabxana sisteminin 2 saylı filialı
  • F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29
  • Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyn Cavid küçəsi 31
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20
  • Orxus Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: B. Ağayev küçəsi 100a

Bu sənədə dair rəy və təkliflər BP Azərbaycan şirkətinin tələblərə riayət və icazələr üzrə müşaviri Səadət Qaffarovaya ünvanlanmalıdır.

Əlaqə məlumatları

Telefon: 012 599 4329 / 055 225 9013

E-poçt ünvanı: [email protected]

 

Tags: AÇGACG-2BP Azerbaijan

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.