Bazar ertəsi, Avqust 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanın 20 il sonra nə qədər qaz hasil etməsi açıqlandı

12/09/2018
Azərbaycan 27-ci Ümumdünya Qaz Konfransında təmsil olunur
17
BAXIŞ
Share on FacebookShare on Twitter

Qarşıdakı 20 il ərzində Azərbaycan təbii (əmtəə) qaz istehsalını 3 dəfə – 55 mlrd. kubmetrədək artıracaq. Bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.

“Proqnozlarımıza əsasən, Azərbaycanda 20 il ərzində əmtəəlik qaz istehsalı 3 dəfə – hazırki 18 mlrd. kubmetrdən 55 mlrd. kubmetrə qədər artacaq”, – F.Birol bu gün jurnalistlərə bildirib.

Onun sözlərinə görə, “bu, həm ixracatçı ölkə kimi Azərbaycan, həm də idxalçı ölkələr üçün əlverişlidir, çünki respublika siyasəti energetika ilə qatmır”.

F.Birol əlavə edib ki, Azərbaycan regionda və Avropada energetika bazarında vacib oyunçudur. “TANAP və TAP qaz kəmələrinin tikinti layihələri çox mühümdür və qaz tədarükünün şaxələndirilməsinə töhfə verirlər. Bəzi ölkələrdə (İtaliya – red.) TAP layihəsi ilə bağlı  bəzi məsələlərin olmasına baxmayaraq, əminəm ki, bu infrastruktur reallaşdırılacaq”, – Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru əlavə edib.

Qeyd etmək lazımdır ki, 2017-ci ildə Azərbaycanda qaz istehsalının ümumi həcmi 28 mlrd. 563,5 mln. kubmetr qaz təşkil edib (azalma 2,6%). Bunun 18 mlrd. 157,9 mln. kubmetri əmtəə qazının payına düşüb (azalma 3%).

Caspian Barrel Beynəlxalq Enerji Agentliyi proqnozlarının nə dərəcədə reallığa uyğun olduğunu nəzərdən keçirib. Fatih Birolun söz açdığı dövr  2035-ci illərdən sonraya təsadüf edəcək. Bu zaman “Şahdəniz-1” layihəsi artıq ömrünü vurmuş olacaq, yəni əvvəllər proqnozlaşdırıldığı kimi buradan 178 mlrd kub metr deyil, 200 mlrd kub metr qaz hasil edilməsini də nəzərə alsaq, artıq həmin layihə üzrə hasilat olmayacaq. Ancaq onun yerini 2030-cu illərdən sonra “Şahdəniz-3” layihəsi tutacaq. Bu layihə üzrə qaz hasilatı “Şahdəniz-2″dən daha çox olacaq. Çünki bazara həm “Şahdəniz-2” layihəsi üzrə stabil qaz həcmlərinin çıxarılmasını təmin etməlidir, həm də o zaman üçün yeni istehlakçılar üçün əlavə qaz həcmləri tələbatını ödəməlidir. Yəni təkcə “Şahdəniz” layihəsi üzrə hasilat həcmləri 30 milyard kub metrə yaxın ola bilər. Abşeron yatağından hasilat o dövr üçün minimal olaraq 6 milyard kub metr təşkil edə bilər. Ümid yatağı üzrə hasilat həcmləri isə 4 milyard kub metr ətrafında stabilləşər. Təqribən 2 milyard kub metr hasilat Bulla yatağından və o qədər də həcmlər SOCAR-ın digər yataqlardan hasil edilə bilər. Həmçinin Qarabağ, Əşrəfi, Dan Ulduğu yataqlarından hasil ediləcək qaz resurslarını da nəzərə almaq gərəkdir. Bundan əlavə Babək və Şəfəq-Asiman kimi qaza perspektivli sayılan strukturların ehtiyatları da nəzərə alınsa, Azərbaycan mübaliğəsiz 2035-cu illər üçün 55-60 milyard kub metr əmtəəlik qaz hasil etmək iqtiranda ola bilər və bu həcmlərdən təqribən 15-16 milyardının daxili bazarda istehlakını nəzərə alsaq (o cümlədən bundan sonrakı 10 ildə ölkənin enerjidən səmərəli istifadə etmək yönümündə böyük addımlar atmasını nəzərə alsaq), onda gələcəkdə Azərbaycanın Qərb istiqamətində ixrac kəmərlərinin yenidən genişləndirilməsinə ehtiyac yaranacaq. Çünki Cənub Qaz Dəhlizinin illik buraxıcılıq gücü 31 milyard kub metrə hesablanıb, Bakı-Tbilisi-Ərzurum isə 7 milyard kub metr qaz ötürə bilir.

 

Tags: Beynəlxalq Enerji AgentliyiFatih Birol

Eyni kateqoriyadan Digər materiallar

BEA: Avropa hətta sərt qışda da Rusiya qazı olmadan keçinə bilər
Maraqlı Xəbərlər

BEA: Avropa hətta sərt qışda da Rusiya qazı olmadan keçinə bilər

08/06/2022
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək
Azərbaycan

Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

18/09/2020
Fatih Birol: Virusun “ikinci dalğası” bəzi sənayelərə sarsıdıcı zərbə vura bilər
Maraqlı Xəbərlər

Fatih Birol: Virusun “ikinci dalğası” bəzi sənayelərə sarsıdıcı zərbə vura bilər

27/06/2020
Dünyanın neftə ehtiyacı 25 il əvvəlki səviyyəyə düşdü
Maraqlı Xəbərlər

Dünyanın neftə ehtiyacı 25 il əvvəlki səviyyəyə düşdü

15/04/2020
Neft bazarındakı mövcud vəziyyət narahatlıq doğurur
Maraqlı Xəbərlər

Neft bazarındakı mövcud vəziyyət narahatlıq doğurur

09/04/2020
Neftin aşağı qiyməti əbədi olmayacaq
Maraqlı Xəbərlər

Neft hasilatının sutkada 10 mln barrel azaldılması bazarda sabitliyin yaranması üçün kifayət deyil

04/04/2020
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.