Çərşənbə, May 21, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Xəzərin hüquqi statusunda yeni mərhələ

09/07/2018
The working group agreed on the provisional agenda of the Caspian summit and the draft of final document
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu həftə Rusiya prezidenti Vladimir Putin Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini təsdiqləyib. Rusiyanın şərti odur ki, Xəzər hərbiləşməməlidir. Yəni Xəzər dənizində kənar dövlətlərin hərbi qüvvələri olmamalıdır.

AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov
Politoloqlar hesab edirlər ki, belə yanaşma Azərbaycanın da maraqlarına cavab verir. Xəzər dənizi Azərbaycan üçün də iqtisadi subyektdir. Konvensiyanın Xəzəryanı ölkələrin dövlət başçılarının bu ilin avqust ayında Qazaxıstanda keçirilməsi nəzərdə tutulan sammitində imzalanaraq qəbul ediləcəyi gözlənilir.

Vurğulayaq ki, Xəzəryanı ölkələrdən olan İran və Türkmənistan məsələnin həlli ilə bağlı müzakirələri daim dolaşığa salıb və istisna deyil ki, bu dəfə də belə ola bilər. İran məsələin müzakirəsi fonunda Azərbaycan üzərindən çıxış yolu axtarır.

Tehrana qarşı dünya dövlətləri tərəfindən güclü sanksiyalar və basqılar mövcuddur. Bu sanksiyalar nəticəsində iqtisadiyyatı zəifləmiş İran Xəzərin satatusunun müzakirələri fonunda Azərbaycana, onun resurslarından istifadə edərək çıxış yolu açmasını təklif edir.

Lakin bununla belə, dünya tərəfindən qəbul edilən sanksiyaları Azərbaycan poza bilməz və Bakı ilk növbədə öz maraqlarından çıxış etməlidir. Digər məsələlərdə, əsasən də Xəzərin dibinin bölünməsində İran və Türkmənistan yenə də ziddiyyətli mövqelər nümayiş etdirir. Doğrudur, əvvəlki illərə nisbətən Türkmənistanın mövqeyində yumşalma özünü göstərir. Lakin yenə də Aşqabadla tam razılıq əldə edilməyib.

İndi tərəfləri bir sual düşündürür: Azərbaycanın Xəzərun statusu ilə bağlı mövqeyi nədən ibarətdir? Bakı beynəlxalq qanunlara hörmət edilməsinin tərəfdarıdır. Xatırladaq ki, 1970-ci ildə SSRİ Neft Nazirliyinin qərarı ilə Xəzərin milli sektorlara bölünmə praktikası həyata keçirilib. Bölgüyə əsasən, Xəzərin təqribən 70 min kv. km-i Azərbaycanın, 80-min kv. km-i Türkmənistanın, 60 min kv. km-i Rusiyanın, 105 min kv. km-i Qazaxıstanın payına düşürdü və 55 min kv. km-i İrana qalırdı.

Həyata keçirilən bu bölgü ilə İran da tanış edilib və bölgünün topoqrafik xəritəsi Tehrana göndərilib. Bu zaman rəsmi Tehran bölgünün aparılmasına heç bir etiraz etməyib. SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla tənzimlənirdi. Hazırda da Xəzərin hüquqi statusu müəyyən edilmədiyindən Xəzərsahili dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü dövlət sərhədi kimi qəbul edir.

Xəzərin sərhəd gölü olduğunu və onun haqlı olaraq Azərbaycan dövlətinin təklif etdiyi kimi milli sektorlara bölünməsinin obyektivliyini belə əsaslandıra bilərik: Xəzər beynəlxalq sərhəd gölüdür, orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir, Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-ci ildə qəbul olunmuş bölgüyə əsasən) bölgüyə əsaslanıb. Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər statusu müəyyənləşdirməzdən öncə öz milli sektorunda işə başlaya bilərlər.

Türkmənistan orta xətt prinsipini qəbul edir. Amma hesab edir ki, yeni metodologiyalarla sərhədlər müəyynləşdirilməlidir. İranın mövqeyində isə hələ ki, dəyişiklik hiss olunmur.

Tehranın mövqeyi ondan ibarətdir ki, Xəzər dənizi 5 Xəzəryanı ölkə arasında bərabər bölünməlidir. Əgər 4 ölkənin mövqeləri üst-üstə düşərsə, tək qalan İran da mövqeyini dəyişməyə məcbur olar və yekun konvensiyanın imzalanmasına imkan verən dəyişikliklərin ortaya çıxması istisna deyil.

Təhlükəsizlik haqqında əməkdaşlıq müqaviləsi ilə Xəzərdə mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, silahlanma kimi təhlükələrə qarşı razılıq əldə edildiyi üçün bundan sonra 5 Xəzəryanı ölkə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək.

V.Putinin imzaladığı sənədə əsasən, tərəflər qısa bir zamanda hüquqi statusun müəyyənləşdirilməsi ilə bağlı təkliflərini qətiləşdirəcəyini bildirəcəklər. Xəzərlə bağlı olan problemlərin həlli üçün geniş imkanlar açılır. Bakı Xəzəri siyasi oyunlara cəlb etmək istəmir. Lakin Tehran və Aşqabadın mövqeyi razılaşma əldə etməyə imkan vermir.

Sputnik.az

 

Tags: konvensiyaorta xətt prinsipiRusiya prezidenti Vladimir PutinXəzərin hüquqi statusu

Eyni kateqoriyadan Digər materiallar

«Роснефть» начала бурение эксплуатационных скважин на шельфе Вьетнама
Rusiya

“Rosneft” və SOCAR yaxın vaxtlarda “Qoşadaş”ın kəşfiyyatına başlayacaq”

27/09/2018
During 11 months average Urals oil price was $52.57 per barrel, says Finance Ministry
Rusiya

Rusiya qazının Macarıstana nəqli ilə bağlı razılıq əldə olunub

19/09/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
Azərbaycan

Azərbaycan və Moldovanın enerji tənzimləmə qurumları memorandum imzalayıb

21/05/2025
Maraqlı Xəbərlər

ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur

21/05/2025
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.