Çərşənbə axşamı, Avqust 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR AQŞ” “KCA Deutag” şirkəti ilə birgə müəssisə yaradıb

26/07/2018
“SOCAR AQŞ” “KCA Deutag” şirkəti ilə birgə müəssisə yaradıb
19
BAXIŞ
Share on FacebookShare on Twitter

“SOCAR AQŞ” və Böyük Britaniyanın “KCA Deutag” şirkəti birgə müəssisə təsis edib.

“Report” xəbər verir ki, bununla bağlı bu gün “SOCAR AQŞ” və “KCA Deutag” arasında müqavilə imzalanıb.

Yeni birgə müəssisə “Turan Qazma və Mühəndislik şirkəti” adlanır.

Bakıda fəaliyyət göstərəcək yeni müəssisə Xəzər dənizi ilə Mərkəzi Asiya bölgəsində neft və qaz quyularının qazılması və mühəndislik xidmətlərini həyata keçirməklə biznesini genişləndirəcək.

Mərasimdə çıxış edən “SOCAR AQŞ”nin baş direktoru Ramin İsayev qeyd edib ki, şirkət 2008-ci ildə qazma əməliyyatlarına başlayıb və bir çox ilklərə imza atıb, nailiyyyətlər qazanıb. O, bu gün müəssisənin yaradılmasına dair müqavilənin imzalanmasının Azərbaycanın neft-qaz sənayesi tarixində çox əlamətdar hadisə olduğunu bildirib.” Bu gün əsası qoyulan birgə müəssisə “SOCAR AQŞ” və “KCA Deutag” şirkətlərinin səriştə və təcrübəsini özündə birləşdirən,bütün qabaqcıl beynəlxalq standartlara tam uyğun olaraq fəaliyyət göstərən Azərbaycan müəssisəsi olacaq. Sifarişçilərinə ən müasir qazma və mühəndislik xidmətlərini təqdim edəcək bu müəssisə yerli və regional qazma sənayesinin inkişafında çox ciddi rol oynayacaq”.

“KCA Deutag” şirkətinin baş icraçı direkoru Norri Makkey bildirib ki, bu birgə müəssisə yeni imkanlar yaradacaq:”Bu birgə müəssisə həm də Azərbaycandan kənarda, Xəzəryanı bölgələrdə biznes imkanlarını araşdıracaq”

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə yeni yaradılan birgə müəssisəyə uğurlar arzulayaraq hər iki şirkətin köməyi ilə işlərin daha da uğurlu olacağına inandığını vurğulayıb.

Qeyd edək ki, “KCA Deutag” şirkəti 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir.

“SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Müəssisə 2009-cu ildən etibarən Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) üzvüdür. “SOCAR AQŞ” dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi, kəmər endirmə xidmətləri, atqıya qarşı avadanlıqların və quyuağzı avadanlıqların təmiri və sınağı xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb. Bundan başqa, 2017-ci ildə “SOCAR AQŞ” dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə “API Spec Q2” keyfiyyət idarəetmə sisteminin tələblərinə əsasən sertifikat alıb.

Tags: KCA DeutagSOCAR-AQSTuran Qazma və Mühəndislik şirkəti

Eyni kateqoriyadan Digər materiallar

Maraqlı Xəbərlər

SOCAR Türkiyənin cənub-şərqində 4 neft quyusu qazacaq

25/08/2023
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
Azərbaycan

“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb

09/12/2021
Director of Large Drilling Company in Azerbaijan Replaced
Azərbaycan

SOCAR AQŞ MMC-yə yeni baş direktor təyin edilib – RƏSMİ

27/10/2020
“SOCAR-AQŞ”nin direktoru dəyişib
Azərbaycan

“SOCAR-AQŞ”nin direktoru dəyişib

27/10/2020
SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb
Azərbaycan

SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

22/09/2020
Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ
Azərbaycan

Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ

02/09/2020
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.