Çərşənbə, Avqust 19, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Ekspert: “İran Hörmüz körfəzini bağlasa, özünü ayağından güllə ilə vurmuş olar”

16/07/2018
Ekspert: “İran Hörmüz körfəzini bağlasa, özünü ayağından güllə ilə vurmuş olar”
56
BAXIŞ
Share on FacebookShare on Twitter

“İranın Hörmüz boğazını bağlaması bu ölkənin əsas regional rəqibləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ziyan vurar, amma inanmıram ki, İran bu addımı atmağa hazırdır”.

Bunu “Report“a açıqlamasında Yaxın Şərq üzrə argentinalı ekspert Paulo Botta deyib.

Xatırladaq ki, rəsmi Tehran Neft İxrac Edən Ölkələr Bilriyinin (OPEC) ötən ay Vyanada (Avstriya) keçirilmiş sonuncu iclasında Hörmüz boğazını bağlayacağına dair bəyanat verib.

“İran geosiyasət, əhali və neft-qaz resurslarına görə regional güc olsa da, hərbi texnologiyalar baxımından böyük imkanlara sahib deyil. Amma Hörmüz boğazını bağlamaq, bununla bağlı təhdidlərlə çıxış etmək üçün son texnologiyalara ehtiyac yoxdur. Belə təhdid İran-İraq müharibəsi zamanı da səslənirdi, ona görə yeni deyil. Amma bu, baş versə, nəticələr təkcə qlobal bazarlar üçün deyil, əsasən də regional oyunçular üçün faciəvi ola bilər”, – ekspert bildirib.

P.Botta onu da əlavə edib ki, İranın əsas neft ixracı Hörmüz boğazından həyata keçirilir və boğaz bağlansa bu ölkənin maliyyə-iqtisadi resurslara çıxışı da bağlanmış olacaq: “Ona görə də İranın belə bir addım atması qeyri-mümkün görünür. İran hazırda ölkəsinin nüvə proqramı ətrafında məsələnin həll edilməsində konstuktiv yanaşma göstərir, amma Hörmüz boğazını bağlasa, bu regiondan əsas neft alıcıları olan Hindistana və Çinə böyük zərər yetirər, bu da, ən azından, Çinin İranın nüvə proqramı ilə bağlı məsələdə bu ölkəyə dəstəyini zəiflədəcək”.

Bundan başqa, ekspertin sözlərinə görə, İranın təhdidləri onun dünya ictimaiyyəti üçün təhlükə olması fikrini daha da möhkəmləndirəcək: “İranın xarici siyasətinin əsas göstəricilərindən biri praqmatizm və rasionalizmdir. Əsasən daxili auditoriya üçün nəzərdə tutulmuş ritorika ilə yanaşı İranın siyasətçiləri razılığa gəlməyə hazır olduqlarını hər zaman göstərirdilər. Buna əsaslanaraq, deyə bilərəm ki, İran Hörmüz körfəzini bağlasa, özünü ayağından güllə ilə vurmuş olar”.

Tags: İranın Hörmüz boğazıOPECPaulo Botta

Eyni kateqoriyadan Digər materiallar

“OPEC+” neft hasilatı planına düzəliş edəcək
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
Azərbaycan

OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib

10/03/2025
OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”
Azərbaycan

OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”

22/05/2024
OPEC+ çərçivəsində razılaşma 2024-cü ilə qədər uzadılıb
Maraqlı Xəbərlər

OPEC+ çərçivəsində razılaşma 2024-cü ilə qədər uzadılıb

06/10/2022
OPEC+ ölkələrində hasilatın real azalması nə qədər olacaq?
Maraqlı Xəbərlər

OPEC+ ölkələrində hasilatın real azalması nə qədər olacaq?

06/10/2022
Maraqlı Xəbərlər

OPEC+ alyansının iclası öncəsi neft bahalaşıb

03/10/2022
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.