Bazar ertəsi, Avqust 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan 27-ci Ümumdünya Qaz Konfransında təmsil olunur

27/06/2018
Azərbaycan 27-ci Ümumdünya Qaz Konfransında təmsil olunur
10
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov 27-ci Ümumdünya Qaz Konfransında iştirak məqsədilə ABŞ-ın Vaşinqton şəhərinə səfər edib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, konfrans çərçivəsində BP, Chevron, Exxon, SNAM və digər beynəlxalq neft-qaz, neft-kimya, eləcə də bərpa olunan enerji mənbələri üzrə şirkətlərin iştirakı ilə “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da energetika naziri Pərviz Şahbazov beynəlxalq enerji şirkətləri ilə 20 ildən artıq müddətdə həyata keçirilən əməkdaşlıqdan danışıb. Nazir Azərbaycanın enerji təhlükəsizliyinin təminatçısı kimi qəbul olunması, beynəlxalq əhəmiyyətli enerji mənbəyi və enerji təchizatı sisteminin mühüm hissəsinə çevrilməsində xarici şirkətlərlə əməkdaşlığın rolunu yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan ərazisindən keçən enerji dəhlizləri və karbohidrogen resurslarının qərb bazarlarına çıxarılması, nəticədə region ölkələrinin inkişafı məhz beynəlxalq neft-qaz şirkətləri ilə əməkdaşlığın töhfələridir.

Azərbaycanın aparıcı xarici neft, enerji şirkətləri ilə uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratdığını vurğulayan nazir hazırda reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsini bu əməkdaşlığın nailiyyəti kimi qiymətləndirib. “Ötən il Azəri-Çıraq-Günəşli müqaviləsinin müddətinin 2050-ci ilədək uzadılması, apreldə BP ilə SOCAR arasında növbəti kontraktın, eləcə də Equinor şirkəti ilə bu yaxınlarda müvafiq sazişlərin imzalanması nəticəsində əməkdaşlığımızda yeni və uzunmüddətli mərhələ başlayır”, – deyə nazir əlavə edib.

Nazir bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün də böyük imkanların olduğunu diqqətə çatdırıb.

Səfər proqramına uyğun olaraq, həmçinin bir neçə görüşlər keçirilib. Energetika naziri Pərviz Şahbazovun Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşündə Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda əməkdaşlığa dair məsələlər, birinci hissəsi istismara verilmiş “Cənub Qaz Dəhlizi”nin icrasının növbəti mərhələləri, xüsusilə də Trans-Adriatik (TAP) qaz boru kəməri layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Qlobal qaz sektorunda cərəyan edən proseslər, həyata keçirilən qaz ixrac layihələri və onların perspektivləri müzakirə edilib.

Sonra Pərviz Şahbazovla bir çox ölkələrin qaz-sənaye təşkilatları və müəssislərini özündə birləşdirən Beynəlxalq Qaz İttifaqının prezidenti Joe-Myung Kang arasında görüş olub. Söhbət zamanı təşkilatın qaz hasilatı, nəqli, saxlanması, paylanması və istifadəsi kimi fəaliyyət istiqamətlərindən irəli gələn məsələlərdən danışılıb. Beynəlxalq Qaz İttifaqı ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyi qeyd olunub və Azərbaycan təşkilatın tədbirlərində müntəzəm iştiraka dəvət edilib.

ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette ilə də görüş keçirilib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq məsələləri, həyata keçirilən enerji layihələri və Azərbaycanın enerji sektorunda aparılan islahatlar müzakirə edilib. “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi prosesinə ABŞ-ın davamlı dəstəyi təqdir olunub. Xüsusilə də bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib. Dan Brouillette bu sahədə təcrübə mübadiləsinin aparılmasını və ekspert dəstəyini təklif edib.

İyunun 29-dək davam edəcək 27-ci Ümumdünya Qaz Konfransında energetika naziri Pərviz Şahbazovun çıxışı nəzərdə tutulur. Üç ildən bir keçirilən bu konfrans təbii qaz sənayesinin siyasi, texniki və iqtisadi məsələlərinin müzakirə edilməsi üçün mühüm və nüfuzlu platformadır.

Tags: Cənub Qaz DəhliziEnergetika naziri Pərviz ŞahbazovTANAPTAPÜmumdünya Qaz Konfransı

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq
Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
SOCAR приступил к прямым поставкам газа потребителям в Болгарии
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

“TAP Italia” Ekoloji İdarəetmə və Audit Sistemi sertifikatını əldə edib

24/02/2025
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin yubiley toplantısı
Azərbaycan

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin yubiley toplantısı

29/02/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.