Çərşənbə axşamı, Fevral 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Dünya Bankı: ölkələr iqtisadi artıma texnoloji üstünlüklərlə bəhrələnməlidir

08/05/2018
Венесуэла первой в мире привязала национальную криптовалюту к нефти
1
BAXIŞ
Share on FacebookShare on Twitter

2017-ci ildə 2,7 faizlik artıma nail olmaqla Avropa və Mərkəzi Asiya regionundakı ölkələr iqtisadi artım göstəricilərinə görə zirvəyə çatmış və onların 2018-ci ildə 2,3 faiz iqtisadi artıma nail olacağı gözlənilir.

Caspian Barrel Dünya Bankının Kriptovalyutalar və Blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə  adlı hesabatıa istinadən xəbər verir ki, region ölkələri xidmətlərin göstərilməsi sahəsində innovasiyalara təşəbbüs etmək və onları təkmilləşdirmək üçün yeni texnoloji üstünlüklərdən bəhrələnməlidir.

Hesabatda bildirilir ki, regionda  siyasəti formalaşdıran şəxslər yeni texnologiyalarla bağlı tam potensialın ortaya çıxarılması ilə bu sahədə ajiotajın arasında tarazlığın yaradılması üçün səy göstərməli olacaq. Eyni zamanda, həyata keçirilən siyasət, həmçinin əmək və məhsul bazarlarında artan çevikliyə uyğunlaşmaq üçün vətəndaşları dəstəkləməlidir.

Meydana çıxan yeni texnologiyalar dalğası arasında blokçeyni – etibarlı vasitəçi olmadan bir şəxsdən digər şəxsə tranzaksiya və məlumat axınının ötürülməsinə imkan verən rəqəmsal texnologiyalar – qeyd etmək olar.  Blokçeyn texnologiyalarının ilk proqram təminatları kriptovalyutalar olmuşdur, bunlar mərkəzi banklar olmadan rəqəmsal pul formalaşdırır və maliyyə institutları olmadan ödənişlərin həyata keçirilməsini dəstəkləyir.

“Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində kriptovalyutalar və blokçeyn texnologiyalarının formalaşdırılması üçün səmərəli zəminin mövcud olduğu sübut olunmuşdur” – Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Baş İqtisadçısı Hans Timmer Tbilisidə hesabatın təqdimatında belə deyib. “Gürcüstanda, misal üçün,  kriptovalyutaların mayninqi təəccüb doğuracaq dərəcədə geniş yayılmışdır, bu da əsasən vergidən azad olunma və elektrik enerjisi tariflərinin aşağı olmasından qaynaqlanır. Gələcəkdə hökumət tərəfindən maliyyə nəzarətinin və istehlakçıların müdafiəsinin təmin olunması vacibdir.”

Bu gün çoxmilyardlıq sənaye olan kriptovalyutalar geniş miqyasda müxtəlif fikirlər doğurmaqda davam edir – hesabatda belə deyilir. Kriptovalyuta məzənnələrinin həddən artıq volatilliyi onların qanuni ödəniş vasitəsi kimi həyat qabiliyyətli olmasına şübhə yaradır, eyni zamanda kriptovalyutaların mayninqi ilə bağlı yüksək elektrik enerjisi xərcləri narahatlıq doğuran səbəblərdəndir.

Lakin kriptovalyutaların kökündə dayanan blokçeyn texnologiyası daha geniş qəbul olunmaqdadır, regionda bir sıra ölkələr ictimai xidmətlərin göstərilməsini daha təhlükəsiz, şəffaf və səmərəli etmək üçün bu xidmətləri rəqəmsallaşdırmaq və otpimallaşdırmaq məqsədilə təcrübədən keçirir.

Misal üçün Ukrayna, Estoniya və Gürcüstanda hökumət blokçeyn texnologiyasından torpaq və daşınmaz əmlak qeydiyyatının həyata keçirilməsində istifadə edir. Azərbaycanda bank sektorunda rəqəmsal identifikasiya sahəsində eksperimentlər aparır, Litva isə startapları təşviq etmək üçün blokçeyn mərkəzini təsis etmişdir.  İsveçrə blokçeyn mərkəzi olmaq niyyətindədir və tənzimləmə bazasının bu texnologiyalara uyğunlaşdırılması sahəsində qabaqcıl ölkələrdəndir.

“Blokçeyn texnologiyaları özəl maliyyə sektorları üçün rəqabətli təzyiqləri meydana çıxarır, eyni zamanda hökumətlərin daxilində yaradıcı ideya və yanaşmaları formalaşdırır” – cənab Timmer əlavə etmişdir. “Həmçinin, bu texnologiyalar ölkələr üçün siyasətlə bağlı müxtəlif çağırışları ortaya çıxarmışdır”.

Bəzi əsas çağırışlara maliyyə nəzarətinin təmin olunması və çirkli pulların yuyulması, vergidən yayınma və qeyri-qanuni tranzaksiyalarla mübarizə aiddir. Bununla yanaşı, ölkələr kriptovalyutaların mayninqində elektrik enerjisindən kütləvi həcmdə istifadənin qarşısnı almalı, eyni zamanda blokçeyn texnologiyaları sahəsində ixtisaslaşan startap şirkətlərini nə dərəcədə dəstəkləməli olduqlarını müəyyən etməlidirlər.

Hesabatda gəlinən nəticəyə görə iqtisadi artım Avropa və Mərkəzi Asiya regionunda güclü olmuş, son on ildə ən yüksək iqtisadi artım müşahidə olunmuş və xüsusilə, bu, Mərkəzi Avropa və Türkiyədə güclü olmuşdur. Lakin işsizliyin azalması və inflyasiyanın artması regionda iqtisadi artımın  inkişafı ləngiyə biləcəyi ehtimalını nümayiş etdirir.

İqtisadi yüksəliş dövründə regionda bir çox ölkələr ixracatını artırmış və fiskal kəsrlərini azaltmışdır. Bu, tsiklik təziyqlər meydana çıxacağı təqdirdə onların yumşaldılmasına imkan verəcək. Lakin gələcəkdə maliyyə şərtlərinin qlobal səviyyədə sərtləşməsi və proteksionizmə doğru tendensiyaların artması ilə regionda əlavə çağırışlar meydana çıxacaq.

Tags: World Bank

Eyni kateqoriyadan Digər materiallar

Dünya Bankı TANAP-ın maliyyələşdirilməsi üçün $1,1 mlrd.-lıq zəmanət verib
Azərbaycan

Dünya Bankı TANAP-ın maliyyələşdirilməsi üçün $1,1 mlrd.-lıq zəmanət verib

13/07/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.