Çərşənbə, May 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

VII “Caspian Energy Forum Baku–2018”ə qeydiyyat başlayıb

06/03/2018
VII “Caspian Energy Forum Baku–2018”ə qeydiyyat başlayıb
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikası Hökuməti, “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club”un dəstəyi ilə sentyabrın 19-20-də keçiriləcək VII Beynəlxalq “Caspian Energy Forum Baku–2018”ə qeydiyyat başlayıb.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

T.Əliyevin sözlərinə görə, “Caspian Energy Forum” Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilir və biznes-hökumət dialoqunun fəallaşmasından ötrü əlverişli şərait yaratmaq, neft və qeyri-neft sektoru sahələrinə aid şirkətlər arasında sıx əməkdaşlıq qurmaq, transmilli şirkətlər ilə kiçik və orta biznes nümayəndələrinin, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklərin görüşlərini təşkil etmək üçün ənənəvi meydan rolunu oynayır.

“Caspian Energy Forum Baku–2018”də sıralarında Azərbaycan hökumətinin üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya təşkilatlarının və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin də yer aldığı 300-dən 500-dək nümayəndə iştirak edəcək. Bundan əlavə, tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyk, işgüzar nahar zamanı əlavə imkanlar nəzərdə tutulub”, – deyə T.Əliyev əlavə edib.

Qeydiyyatdan http://caspianenergyforum.com/baku2018/index.php/en/ linki vasitəsilə keçmək olar.

“Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. 2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” yaradılıb. İki il ərzində onlar “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik olaraq “Caspian American Club” və “Caspian Asia Club”un, “Caspian American Club” və “Caspian Asia Club”da yer alanlar isə “Caspian European Club”un üzvü hesab edilirlər.

Yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır. “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club”un sədri Azərbaycan Prezidentidir.

“Caspian Energy” jurnalı dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.

 

Tags: Caspian Energy Forum Baku–2018Caspian European ClubTelman Əliyev

Eyni kateqoriyadan Digər materiallar

“Azəriqaz” “Caspian European Club”un yeni strukturunun təqdimatında iştirak edib
Azərbaycan

“Azəriqaz” “Caspian European Club”un yeni strukturunun təqdimatında iştirak edib

24/06/2020
VII “Caspian Energy Forum Baku-2018” işə başlayıb
Azərbaycan

VII “Caspian Energy Forum Baku-2018” işə başlayıb

20/09/2018
Dördüncü “CEO Lunch Tbilisi” keçirilib
Maraqlı Xəbərlər

Dördüncü “CEO Lunch Tbilisi” keçirilib

23/02/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.