Cümə axşamı, Avqust 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Energetika naziri BP-nin Xəzər Mərkəzi ofisinə baş çəkib

01/03/2018
Energetika naziri BP-nin Xəzər Mərkəzi ofisinə baş çəkib
16
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nazirliyin bir qrup əməkdaşı BP şirkətinin Azərbaycandakı fəaliyyəti, operatorluq etdiyi layihələr və əməliyyatlara dair son vəziyyət, eləcə də tətbiq etdiyi yeniliklərlə yaxından tanışlıq məqsədilə şirkətin Xəzər Mərkəzi ofisində olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səmimi qəbula görə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counza və ofis heyətinə təşəkkürünü bildirən nazir müstəqilliyin ilk illərindən Azərbaycanın transmilli layihələrində BP-nin iştirakını yüksək qiymətləndirib. Enerji ölkəsi kimi nailiyyətlərin davamlılığında BP ilə əməkdaşlığın vacibliyini qeyd edib.

Qəri Counz isə bildirib ki, Azərbaycanın neft və qaz yataqlarının işlənməsində etibarlı və uzunmüddətli bir tərəfdaş kimi fəaliyyət göstərmək şirkətin izlədiyi əsas hədəflərdən biridir. O, BP-nin fəaliyyət göstərdiyi 70-dən çox ölkə sırasında Azərbaycanın xüsusilə mühüm əhəmiyyət kəsb etdiyini deyib. Şirkətin ölkəmizdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. “Şahdəniz-2”, Səngəçal terminalının genişləndirilməsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə layihələrin icrası, eləcə də yatırılan investisiya və istifadə olunan ən mürəkkəb, qabaqcıl texnologiyalardan bəhs edən təqdimatlar nümayiş etdirilib.

Səngəçal terminalında genişləndirmə işlərinin başa çatdığı, terminalın ilin ikinci rübünün sonunadək əlavə qaz qəbuluna və qazı Cənubi Qafqaz Boru Kəməri sisteminə vurmağa hazır olacağı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin yekunlaşmaqda olduğu bildirilib.

Yeni layihələr –“Azəri-Çıraq-Günəşli” yatağının sonrakı mərhələdə işlənməsi, “Şəfəq-Asiman” və digər potensial layihələr üzrə nəzərdə tutulan planlardan da bəhs edilib. Şirkətin kadr hazırlığı, işçilərin milliləşdirilməsi istiqamətində gördüyü işlər diqqətə çatdırılıb.

Hazırda neft-qaz sənayesində texnologiyaların sürətlə yeniləndiyini vurğulayan nazir BP şirkətinin neft-qaz yataqlarının işlənməsində tətbiq etdiyi ən yeni texnologiyalarla maraqlanıb.

Sonra energetika naziri şirkətin fəaliyyət istiqamətləri üzrə ixtisaslaşan ayrı-ayrı bölmələrə baş çəkərək quyu strategiyası, yataqlarda layların, əməliyyatların idarə olunması ilə tanış olub.

Bildirilib ki, yataqlarda layların idarə olunması üçün yaradılmış “Yüksək İmmersiv Vizuallaşdırma Mühiti” otağı məlumatları iri ekranda təhlil edən və əks etdirən qabaqcıl avadanlıqlarla təchiz olunub və bu konsepsiya problemlərin kollektiv şəkildə həllinə imkan yaradır.

Birgə İş Mühiti (ACE) otağı BP-nin uzaq məsafədə yerləşən dəniz və qurudakı obyektləri ilə birbaşa əlaqəsini təmin edir. “Dəniz Obyektlərinin Mühafizəsi və Müşahidəsi üzrə Logistika Əməliyyatlarına Nəzarət” otağı isə bütün platformaların təchizat, heyətdaşıma, fövqəladə hallara qarşı cavab tədbiri gəmiləri ilə dənizdəki qurğular arasında koordinasiyanı həyata keçirir.

Daha sonra energetika naziri dənizdəki platformalarla canlı bağlantıya qoşularaq, əməkdaşlarla söhbət edib.

Tags: BPBP Xəzər Mərkəzi ofisiEnergetika nazirliyiPərviz ŞahbazovQəri Counz

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.