Çərşənbə, May 14, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BTC ilə daşımalarda tranzit neftinin rolu – araşdırma

19/03/2018
Baku-Tbilisi-Ceyhan oil pipeline will increase shipment of Turkmen oil to world markets
3
BAXIŞ
Share on FacebookShare on Twitter

2018-ci ilin yanvar-fevral aylarlarında Azərbaycanın əsas ixrac boru kəməri Bakı-Tbilisi-Ceyhan (BTC) ilə 1 milyon 10,8 min ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur.

Caspian Barrel Dövlət statistika Komitəsinin məlumatlarına əsasən bildirir ki, cari ilin yanvar ayında BTC kəməri ilə 554 min ton tranzit nefti də nəql edilib, fevralda isə bu göstərici 456,8 min ton təşkil edib.

Ümumilikdə, 2018-ci ilin başlanğıcından BTC ilə transit neftin orta gündəlik nəqli 17,13 min ton və ya 126,8 min barel təşkil edib.

Qeyd edək ki, hesabat dövründə rəsmi statistikaya əsasən, BTC ilə 2018-ci ilin yanvar-fevralında 5 milyon 458,1 min ton neft  nəql edilib.  Caspian Barrel-in hesablamalarına görə, iki ay ərzində BTC ilə nəq edilən neftdə transit həcmlərinin payı 18,52% təşkil edib.

BTC kəməri ilə ilk tranzit həcmləri 2008-ci ilin IV rübündə Qazaxıstasnın “Tengiz” yatağından daşınmağa başlanılıb. Tranzit fasilələrlə 2014-cü ilin sonuna qədər həyata keçirilib. Ötən il yenidən qazax neftinin nəqli bərpa olunub, ancaq həcmləri böyük miqdarda deyil. 2010-cu ilin yayından BTC ilə tranzit nəqlunə Türkmənistandakı xarici neft  hasilatçıları – “Petronas” və “Dragon Oil” şirkətləri başlayıblar. 2015-ci ilin mayında Rusiyanın “LUKoil” şirkəti Xəzərin Rusiya sektorunda yerləşən “Yuri Korçagin” yatağından 100 min barel həcmində neftini BTC vasitəsilə dünya bazarlarına çıxartdı. Ancaq bu test xarakteri daşıyırdı.

2016-cı ildə BTC vasitəsilə Xəzərin sağ sahilindən gətirilən neftin tranzit daşımalarında rekord göstərici əldə edilib: 6 milyon 432 min ton.

BTC ilə neft daşımalarının perspektivləri

BTC boru kəməri 2006-cı il iyunun əvvəlində istismara verilib. BTC istismara veriləndən onunla ancaq AÇG-dən asil edilən neft daşınıb (“Çıraq” yatağından hasil edilən neft Bakı-Supsa boru xətti ilə ixraca yönəldilir). 2007-ci ildən başlayaraq BTC-yə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat vurulmağa başlanılır.

2017-ci ilin nəticələrinə görə BTC ilə daşımaların strukturu(%-lə):

“Şahdəniz-1” layihəsi çərçivəsində təqribən 5 ilə yaxındır ki, ildə orta hesabla 2,4-2,5 milyon ton kondensat nəql edilir.

Bəs BTC-nin 5 il sonrakı perspektivi necə görünür?

2023-ci ilə artıq “Şahdəniz-2” layihəsi özünün layihə gücündə ixraca başlayacaq və bu zaman Şahdənizdən ümumi illik kondensat ixracı 6 milyon ton təşkil edə bilər. Həmi dövrə AÇG-dən BTC-yə yönəldilən neftin həcmi təqribən 22 milyon tona qədər azalmağa meylli olacaq. Baxmayaraq ki, 2023-cü ildə AÇG-2 layihəsi üzrə yeni bir hasilat platformasının istismara verilməsi planlaşdırılır, ancaq onun layihə gücünə çatması üçün təqribən il yarım vaxta ehtiyac olacaq və bu zaman artan həcmlər digər platformalardan aşağı düşmələri yalnız kompensasiya edəcək.

Bu baxımdan növbəti beşillikdə BTC ilə neft nəqletmələrinin strukturunda dəyişmələr  AÇG neftinin azalması fonunda Şahdəniz kondensatının artımı və tranzit neft həcmlərinin 10 milyon tona qədər artımı ilə müşahidə edilə bilər. Tranzit həcmlərdə artım Qazaxıstanın “Kaşağan” yatağınmdan hasilatdan olan gözləntilərlə bağlıdır.

2023-cü ildə BTC ilə neft nəqlinin mümkün strukturu(%-lə)

 

 

 

 

 

 

 

“BTC Co.”-nun səhmdarları rolunda BP (30,10%), “AzBTC” (25,00%), “Chevron” (8,90%), “Statoil” (8,71%), TPAO (6,53%), “Eni” (5,00%), “Total” (5,00%), “Itochu” (3,40%), “Inpex” (2,50%), CIECO (2,50%) və “ONGC (BTC) Ltd.” (2,36%) şirkətləri çıxış edir.

Tags: ACG-2Bakı–Tbilisi–CeyhanDövlət Statistika KomitəsiŞahdəniz-2

Eyni kateqoriyadan Digər materiallar

Qazaxıstan neftinin Azərbaycandan nəql edilməsi üzrə Hökumətlərarası Komissiyanın tərkibi təsdiq edilib
Azərbaycan

Yanvar-fevral aylarında BTC ilə neft ixracı 2,6% artıb

27/03/2024
“Şahdəniz-2″nin şimal cinahında beşinci quyudan hasilat başladı
Azərbaycan

“Şahdəniz-2″nin şimal cinahında beşinci quyudan hasilat başladı

22/11/2021
Maraqlı Xəbərlər

Bu il Ceyhan limanından 149 milyon barelə qədər BTC nefti nəql edilib

01/10/2021
Bu il Ceyhan limanından 142 milyon bareldən çox BTC nefti nəql edilib
Azərbaycan

Bu il Ceyhan limanından 142 milyon bareldən çox BTC nefti nəql edilib

20/09/2021
Bu il Ceyhan limanından 103 milyon bareldən çox BTC nefti nəql edilib
Maraqlı Xəbərlər

Bu il Ceyhan limanından 103 milyon bareldən çox BTC nefti nəql edilib

13/07/2021
Ötən ay Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 8 % azalıb
Maraqlı Xəbərlər

Ötən ay Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 8 % azalıb

23/06/2021
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
Azərbaycan

“Yanacaq və elektrik doldurma məntəqələri. Layihələndirmə normaları” təsdiqlənib

09/04/2025
Azərbaycan

GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

04/04/2025
Azərbaycan

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

17/03/2025
Azərbaycan

İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?

11/03/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.