Çərşənbə, Aprel 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR yeni istehlak məhsulu – analitik metanolun istehsalına başladı

21/02/2018
“SOCAR Methanol” daxili bazarın payını artırmağı hədəfləyir
8
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC yeni istehlak məhsulunun – analitik metanolun istehsalına başlamışdır.

Bununla da Azərbaycanın qaz kimya sənayesində ilk dəfə olaraq, son istehlak məhsullarının istehsalına start verilmişdir. Analitik metanoldan laboratoriyalarda kimyəvi reaktiv kimi istifadə edilir. Hazırda “SOCAR Methanol” MMC analitik metanolu alıcılara müxtəlif həcmli taralarda təqdim edir. Artıq bir neçə yerli şirkətlə müqavilələr bağlanmış və ilkin satış həyata keçirilmişdir. Əlamətdar haldır ki, “SOCAR Methanol” MMC-nin istehsal etdiyi analitik metanol məhsulu SOCAR brendi altında “Made in Azerbaijan” markası ilə buraxılır. SOCAR daxili bazarla yanaşı Türkiyə, MDB və Qərbi Avropa ölkələrində fəaliyyət göstərən laboratoriyaları da analitik metanolla təmin etmək iqtidarındadır. 

Beynəlxalq standartlara əsasən, təmizlik dərəcəsi 99,90 %-dan çox olan metanol, analitik metanol kimi istifadə edilə bilər. SOCAR-ın istehsal etdiyi məhsulun təmizlik dərəcəsi 99,98% təşkil edir. Məhsulun keyfiyyəti həm daxili kimyəvi laboratoriya və həm də beynəlxalq nüfuza malik olan təftiş şirkətləri tərəfindən mütəmadi yoxlamadan keçirilir. 

“SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev bildirib: “Bu gün analitik metanol istehsalının başlanması ilə ölkəmizin emal sənayesində yeni bir səhifə açılır. Bu günə qədər SOCAR qaz-kimya sənayesində aralıq məhsullarını istehsal edirdisə, artıq bu sahədə son istehlak məhsulunun istehsalına da başlanılmışdır. Bununla da SOCAR inteqrə olunmuş beynəlxalq şirkətə çevrilmək yolunda daha bir mühüm addım atmışdır.” 

Qeyd edək ki, Metanol zavodu 2013-cü ildən fəaliyyət göstərir. İllik maksimal istehsal gücü 650-700 min ton olan Metanol zavodunun tikintisi ilə Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyektinin əsası qoyulub. Zavodun qurulmasında İngiltərənin ICI firmasının aşağı təzyiqli metanol istehsalı texnologiyası tətbiq olunub. İstehsal prosesində xammal kimi əsasən təbii qaz və su buxarından istifadə edilir. 

SOCAR son illərdə məhz neft-qaz emalı və kimya sənayesinə qoyulan sərmayələri artıraraq, Azərbaycan və dünya bazarında bir neçə böyük layihənin icrasına başlamışdır. Azərbaycanda fəaliyyət göstərən “Azərikimya” İB və “SOCAR Metanol” ilə yanaşı “SOCAR Polymer” və SOCAR Karbamid zavodları bu ildən etibarən istismara veriləcək. Yeni zavodların fəaliyyətə başlaması və mövcud zavodların məhsul portfelinin genişləndirilməsi SOCAR-ın dəyər zəncirini təkmilləşdirərək, Azərbaycana əlavə gəlir qazandıracaq, yeni iş yerlərin açılması, habelə milli iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm töhfələr verəcəkdir.

Socar.az     

Tags: Elnur Mustafayev“SOCAR Methanol” MMC

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR”ın yanacaqdoldurma şəbəkəsində QR-ödəniş xidməti tətbiq edilib
Azərbaycan

“SOCAR”ın yanacaqdoldurma şəbəkəsində QR-ödəniş xidməti tətbiq edilib

14/12/2020
“Alana da, satana da sərfəlidir, həm də havanı təmizləyir” – MÜSAHİBƏ
Azərbaycan

“Alana da, satana da sərfəlidir, həm də havanı təmizləyir” – MÜSAHİBƏ

04/05/2020
Azərbaycanın tənzimlənən yanacaq bazarında rəqabət varmı?
Azərbaycan

Azərbaycanın tənzimlənən yanacaq bazarında rəqabət varmı?

23/12/2019
SOCAR Plans to Produce 250 Thousand Tons of Methanol in 2017
Azərbaycan

SOCAR metanolun ixrac marşrutlarını şaxələndirmək niyyətindədir

25/04/2018
Milli Bankın ehtiyatları sürətlə əriyir…birdən Neft Fondumuz da “ərisə”
Azərbaycan

“SOCAR Methanol” ötən il $43 mln-luq məhsul ixrac edib

26/01/2018
“SOCAR Methanol” daxili bazarın payını artırmağı hədəfləyir
Azərbaycan

“SOCAR Methanol” daxili bazarın payını artırmağı hədəfləyir

11/12/2017
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.