Bazar ertəsi, İyun 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

TAP-ın tikintisinə fasilə veriləcək

19/12/2017
16
BAXIŞ
Share on FacebookShare on Twitter
“TAP kəmərinin layihəsinin marşrutu dəyişə bilməz. Ətraf mühitə təsir baxımından mövcud marşrut ən optimal variantdır”. Bu barədə TAP konsorsiumunun icraçı direktoru Luka Skiepatti bildirib.

Onun sözlərinə görə, marşruta yenidən baxılarsa, bu, “dörd ilin itirilməsi” deməkdir.

Ötən gün “Corriere della Sera” qəzetinə müsahibəsində Apuliya regionunun qubernatoru Mişel Emiliano bəyan edib ki, region TAP layihəsi üçün əlverişli ola bilər, lakin onun reallaşması nəticəsində Apuliya dünyanın ən gözəl parklarından birindən və Adriatik dənizinin ən gözəl çimərliyindən məhrum oluna bilər.

Buna münasibət bildirən L.Skiepatti deyib ki, TAP-ın marşrutunun dəyişməsi həm suda, həm də quruda əlavə qazıntıların aparılmasına səbəb ola bilər ki, bu da ətraf mühitə ziyan vura bilər. “Digər alternativ variantların da bu cür zərərli tərəflər var”, – deyə o vurğulayıb.

San-Foka ərazisinə olduqca çox sayda turistlərin gəlməsinə toxunan icra direktor bəyan edib ki, boru kəmərinin adıçəkilən əraziyə təsiri minimal olacaq. İşlər dənizin dibində aparılır. Bundan başqa boru kəməri sahildən 800 metr aralıda üzə çıxır ki, bunun da turistlərə təsiri ola bilməz”.

Onun sözlərinə görə, turizm mövsümünün əsas fazasında, yəni iyul ayından avqust ayınadək işlər dayandırılacaq.

“İşlər ən son texnologiyalardan istifadə olunaraq aparılır ki, belə olan halda ətraf mühitə təsirdən danışmaq yersizdir. Qaz terminalı 12 hektar ərazidə tikiləcək, lakin zavod və inzibati binalar 3500 kvadratmetrlik ərazini əhatə edəcək. Qazın saxlanılması və emalı həyata keçirilməyəcək. Söhbət yalnız dispetçer və ölçmə xidmətlərindən gedə bilər ki, bunun da ətraf mühit üçün riski yoxdur. Ərazidəki zeytun ağacları bütün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla köçürüləcək ki, bundan hamımız qazanclı çıxacağıq”, – deyə konsorsium rəsmisi vurğulayıb.

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: “Cənub Qaz Dəhlizi” QSC – 20%, BP – 20%, “Snam” – 20%, “Fluxys” – 19%, “Enagás” – 16%, “Axpo” – 5%.

virtualaz.org

 

Tags: AlbaniyaApuliyaİtaliya və YunanıstanTAP

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq
Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

“TAP Italia” Ekoloji İdarəetmə və Audit Sistemi sertifikatını əldə edib

24/02/2025
TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək
Azərbaycan

TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək

29/02/2024
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

TAP konsorsiumu İtaliyaya qaz tədarüklərinin həcmini açıqlayıb

30/01/2024
Maraqlı Xəbərlər

TAP qaz kəmərinin genişləndirilməsi işləri başlayır

27/09/2023
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.