Cümə axşamı, İyul 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR İstiqrazları ilə əməliyyatların həcmi $120 mln-u keçib

11/12/2017
Куда направит SOCAR полученные средства от размещения облигаций внутри страны?
8
BAXIŞ
Share on FacebookShare on Twitter
Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə əməliyytların həcmi 120 milyon dolları keçib.

«SOCAR Capital» şirkətindən Trend-ə verilən məlumata görə, istiqrazlara böyük maraq və alqı-satqıların yüksək olması nəticəsində dekabrın ilk günlərində SOCAR İstiqrazları ilə əməliyyatların həcmi növbəti tarixi həddə çatıb.

Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon dollarlıq həcmdə buraxılıb. Yüksək gəlirliyi və etibarlılığına görə, SOCAR İstirazları investorların böyük marağına səbəb olub. Nəticədə artıq avqust ayında, yəni buraxılmasından 1 ildən də az vaxt keçməsinə baxmayaraq, Bakı Fond Birjasında (BFB) istiqrazlarla əməliyyatların həcmi 100 milyon dolları ötərək istiqraz buraxılışının həcmini üstələyib. Qısa müddətdən sonra isə bu rəqəm 120 milyon dollara çatıb. Bu Azərbaycanın fond bazarında ilk belə haldır.

SOCAR İstiqrazlarına tələbatın belə böyük olmasının digər səbəbi bu istiqrazlar üçün SOCAR-ın geri alma zəmanətidir. Nəticədə istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları istənilən vaxt dərhal nağd pula çevirmək mümkündür. SOCAR İstiqrazları üzrə öhdəliklərin qrafik üzrə yerinə yetirilməsi, yəni faizlərin vaxtında ödənilməsi də investorların inamını gücləndirib. İndiyədək SOCAR İstiqrazları üzrə 4 dəfə faiz ödənişi edilib və istiqraz sahibləri 5 milyon dollar qazanıblar. Növbəti faizlər yanvarın 17-də ödəniləcək.

Nominal qiyməti 1000 dollar olan istiqrazların dollarla illik gəlirliyi 5% və ya hər istiqraza görə 50 dollar təşkil edir. Bu, hazırda maliyyə sektorunda ən yüksək gəlir sayılır.

SOCAR İstiqrazlarına olan tələbat indi də yüksəkdir və bu təkrar bazarda istiqrazların qiymətinin də artmasına səbəb olub. Nəticədə qısa zamanda istiqrazların qiyməti 1020 dolları keçib. İstiqrazların marketmeykeri olan «PSG Kapital» investisiya şirkətindən verilən məlumata görə, hazırda birjada SOCAR İstiqrazlarının alış qiyməti 1006-1007 dollar, satış qiyməti isə 1 020-1 026 dollar arasında dəyişir.

Xatırladaq ki, hazırda SOCAR İstiqrazlarını yalnız təkrar bazardan, yəni birja vasitəsilə istiqrazın hazırkı sahiblərindən almaq mümkündür. İstiqraz sahibləri isə onları 1020 dollardan aşağı satmaq istəmirlər.

Trend.az

 

Tags: PSG KapitalSOCAR CapitalSOCAR istiqrazları

Eyni kateqoriyadan Digər materiallar

США призвал Туркмению  выходить на газовый рынок ЕС
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
SOCAR bu tarixdən yeni istiqrazlar buraxır
Azərbaycan

SOCAR istiqraz sahiblərinin qazancı $6 mln-u ötdü

01/05/2023
SOCAR Istiqrazları üzrə ödənişlər nə zaman həyata keçəcək?
Azərbaycan

SOCAR Istiqrazları üzrə ödənişlər nə zaman həyata keçəcək?

29/04/2022
SOCAR yeni istiqrazlarına görə ilk faizləri ödəyib
Azərbaycan

SOCAR yeni istiqrazlarına görə ilk faizləri ödəyib

01/02/2022
Yeni SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına start verildi
Azərbaycan

Yeni SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına start verildi

02/11/2021
SOCAR bu tarixdən yeni istiqrazlar buraxır
Azərbaycan

SOCAR bu tarixdən yeni istiqrazlar buraxır

20/05/2021
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.