Bazar ertəsi, Noyabr 17, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Alternativ energetikamız niyə “Azərişığın” balansına keçirildi?

23/12/2017
Азербайджан увеличит долю возобновляемых источников энергии до 20%
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Prezident İlham Əliyev ötən gün ölkənin energetika sektorunda islahatlara dair iki mühüm sərəncam verib. Bu sərəncamlardan biri Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyinin aktivlərinin “Azərişıq” ASC-nin balansına keçirilməsi barədədir.

Prezidentin sərəncamında göstərilir ki, bu qərar milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə nail olmaq, ölkədə külək enerjisindən istifadənin səmərəliliyinin artırılması, habelə külək enerjili elektrik qurğularının elektrik şəbəkəsinə inteqrasiyasının test variantında tam sınaqlarının təşkili məqsədi güdür.

Sərəncama əsasən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansında olan Bakı şəhəri, Xızı rayonu, Yeni Yaşma qəsəbəsi, Bakı-Quba yolunun 55-ci kilometrliyində yerləşən, 20 ədəd külək enerjili elektrik qurğusundan ibarət Külək Elektrik Parkı, habelə Bakı şəhəri, Xızı rayonu, Şurabad qəsəbəsi, Bakı-Quba yolunun 55-ci kilometrliyində yerləşən, 2 ədəd külək enerjili elektrik qurğusundan, külək ölçmələri və təlim mərkəzindən və 16ədəd külək turbininin quraşdırılması üçün monolit beton oturacaqlardan ibarət Külək Elektrik Parkı bu agentliyin balansından çıxarılaraq “Azərişıq” ASC-nin balansına verilir.

Lakin bunlar Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansından çıxarılacaq aktivlərin hamısı deyil. Prezidentin sərəncamında göstərilir ki, “Aqrarkredit” QSC  Bank Olmayan Kredit Təşkilatının bu Sərəncam qüvvəyə mindikdən sonra “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək külək enerjisi qurğularının “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini və həmin əmlak hesabına “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasını təmin etməlidir.

Prezidentin sərəncamına əsasən Nazirlər Kabineti Energetika Nazirliyi ilə birlikdə ölkənin enerji sektorunda aparılacaq islahat tədbirərinə dair təkliflər hazırlayıb üç ay ərzində təqdim etməlidir.

Bu sərəncamla bağlı məsələləri şərh etməzdən əvvəl qeyd edək ki, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə ayrıca dövlət strukturunun yaradılması prezident İlham Əliyevin ölkənin karbohidrogen ehtiyatlarından daha qənaətlə istifadə etməyə, bu ehtiyatları gələcək nəsillər üçün qoruyub saxlamağa və eyni zamanda ətraf mühiti qorumağa yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsi idi. Həmin uzunmüddətli strategiyaya uyğun olaraq Prezident 2009-cu ildə Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Agentlik yaratdı. Daha sonra-2013-cü ildə bu agentlik nazirliyin tərkibindən çıxarılaraq müstəqil struktura çevrildi. Agentliyin missiyası ölkədə külək və günəş enerjisindən istifadə etməklə elektrik enerjisinin istehsalını həyata keçirmək, o cümlədə nisbətən kiçik çayların üzərində su elektrik stansiyaları tikməklə gələcəkdə ölkənin elektrik enerjisinə olan tələbatını əsasən alternativ və bərpa olunan mənbələrin hesabına təmin etməkdən ibarət idi. Plana əsasən 2020-ci ilə qədər ölkənin elektrik enerjisinə olan tələbatının 20 faizi məhz alternativ və bərpa olunan mənbələr hesabına təmin edilməliydi.

Lakin belə görünür ki, bu sahəyə cavabdeh olanlar-Agentlik və onun rəhbərliyi prezidentin qarşıya qoyduğu vəzifələrin öhdəsindən gələ bilməyib.

Məsələn, ötən il Hesablama Palatasının hazırladığı və Milli Məclisə göndərdiyi audit nəticələrinə əsasən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində və onun tabeliyində olan “Azalternativenerji” MMC-də büdcə vəsaitlərinin talan edilməsi faktları aşkarlanıb. Agentliyin istehsal etdiyi elektrik enerjisi ümumi istehsal gücünün heç yarısına da çatmayıb. “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlər vaxtında və tam icra edilməyib. Korrupsiyaya, həyata keçirilən layihələrdə maya dəyərinin şişirdilməsinə dəlalət edən faktlar üzə çıxıb.

Digər tərəfdən agentliyin Azərbaycan Beynəlxalq Bankı qarşısında yüz milyonlarla manat kredit borcu olduğu məlumdur. Prezidentin də sərəncamından göründüyü kimi bu kreditlərin  əvəzində Agentliyin aktivləri bankın girovluğundadır. Və indi həmin aktivlər girovluqdan çıxarılaraq “Azərişıq” ASC-nin balansına veriləcək. Agentliyin direktoru Akim Bədəlovun adı ləğv edilmiş MTN-nin rəhbərliyi ilə bağlı hallanır. Onun bacısı oğlu MTN-nin Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanı üzrə idarəsinin rəisi olmuş polkovnik Pərviz Vəliyevdir.

Habelə Akim Bədəlov neçə vaxtdır ki, keçmiş dövlət katibi, 1991-ci il 20 noyabr vertolyot qəzasında həlak olmuş Tofiq İsmyılovun yaratdığı “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini saxta sənədlərlə ələ keçirməkdə ittiham olunur. Bu ittihamlarla mətbuatda mərhum dövlət katibinin qızı Səbinə İsmayılova çıxış edirdi. Hazırda “Xəzər” Akim Bədəlovun rəhbərlik etdiyi agentliyin əsas podratçısıdır. Maraqlıdır ki, bu şirkət Beynəlxalq Bankın talanması işi üzrə həbs edilən keçmiş deputat Dünyamin Xəlilovun “Globus Plaza” mərkəzinin tikintisini, habelə Cahangir Hacıyevin bəzi digər layihələrini həyata keçirib.

Prezidentin sərəncamı belə qənaətə gəlməyə əsas verir ki, Akim Bədəlov alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair strategiyanı, dövlət proqramını faktiki olaraq iflasa uğradıb. Və onun rəhbərlik etdiyi Agentliyin balansında olan aktivlərin “Azərişıq” ASC-yə verilməsindən sonra Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyinin özünün gələcək taleyinin necə olacağı sual doğurur. Bir halda ki, prezident bu agentliyin aktivlərini ölkənin elektrik enerjisi satışı üzrə vahid operator-şirkəti “Azərişıq” ASC-yə verməyi qərara alıb, o zaman istisna deyil ki, ölkənin energetika sektorunda islahatların davamı kimi bu agentlik ümumiyyətlə ləğv edilə bilər.

Prezidentin energetika sahəsində islahatlara dair ötən gün qəbul etdiyi digər qərar  Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin ləğv edilməsi və onların əsasına həmin nazirliyin tabeliyindəpublik hüquqi şəxs statusu daşıyan Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılmasına dair fərmandır.

Prezident digər fərmanla Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nizamnaməsini də təsdiq edib. Nizamnamədə göstərilir ki, həmin agentlik istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinəvə xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir.

Nizamnanə prezidentin rəsmi saytında dərc edilib. Sənəddən belə məlum olur ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması bütövlükdə ölkənin enerji sektorunda Energetika Nazirliyinin vahid nəzarət və tənzimləyici orqan kimi funksiyalarının, səlahiyyətlərinin genişləndirilməsinə yönəlib.

Nizamnaməyə əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik enerjisi və təbii qazdan istifadə üzrə tarif siyasətinin formalaşdırılması ilə bağlı təkliflər verəcək.

Elektrik və istilik enerjisinin, habelə qazın qiymətləri (tarifləri) ilə bağlı daxil olmuş təklifləri təhlil edəcək və həmin qiymətlərin (tariflərin) dövlət tənzimlənməsinə dair təkliflərini aidiyyəti üzrə , yəni Tarif Şurasına təqdim edəcək.

İstehlakçıya satılan qazın keyfiyyət göstəricilərini – tərkibini, sıxlığını, rütubətliliyini, istilik yaratmaq qabiliyyətini və digər göstəricilərini laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlayacaq və nəticələri barədəistehlakçılara və qaz paylayıcısına məlumat verəcək. Bu bənd xüsusilə mühümdür. Çünki ölkədə dəm qazından hər il yüzlərlə adamın zəhərləndiyi, öldüyü bir vaxtda əhaliyə verilən təbii qazın tərkibi və keyfiyyəti ilə bağlı mübahisələr hökm sürür. Və “Azəriqaz” həmişə bununla bağlı iradları rədd edir.

Habelə Nizamnamədə göstərilir ki, Agentlik qanunvericiliklə müəyyən olunmuş qaydada qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismarını təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına vəqazpaylayıcı şəbəkələrə texniki baxış keçirilməsində iştirak edəcək.

Belə görünür ki, energetika sahəsində islahatlar, o cümlədən struktur islahatları hələ davam edəcək. Çünki prezidentin ölkə iqtisadiyyatının inkişafını qeyri-neft sektoru relsləri üzərinə keçirməyə dair qarşıya qoyduğu vəzifə bir tərəfdən karbohidrogen ehtiyatlarından qənaətlə istifadəni və alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsini, digər tərəfdən energetika sahəsində təsərrüfatsızlığı, itkiləri aradan qaldırmağı da nəzərdə tutur.

Virtualaz.org

Tags: "Azalternativenerji" MMCAlternativ energetika“Azərişıq” ASC

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan və ABŞ “yaşıl enerji” üzrə əməkdaşlıq edə bilər
Azərbaycan

Azərbaycan və ABŞ “yaşıl enerji” üzrə əməkdaşlıq edə bilər

14/04/2023
Azərbaycan

Azərbaycan gələcəkdə 5 min MVt gücündə bərpa olunan enerji obyektləri tikməyi planlaşdırır

22/06/2022
“Yaşıl” enerji ilə bağlı yeni proqramlar həyata keçiriləcək
Azərbaycan

“Yaşıl” enerji ilə bağlı yeni proqramlar həyata keçiriləcək

21/06/2022
Российский экспорт энергоресурсов упадет как минимум на 16% к 2040 году
Azərbaycan

AYİB Azərbaycanda külək elektrik stansiyasının tikintisinə $105 mln ayıracaq

21/06/2022
Российский экспорт энергоресурсов упадет как минимум на 16% к 2040 году
Azərbaycan

Avropa Bankı Azərbaycanla alternativ enerji sahəsində sazişə hazırlaşır

21/05/2022
Dənizin külək enerjisi hələ xeyli bahadır
Maraqlı Xəbərlər

Dənizin külək enerjisi hələ xeyli bahadır

25/04/2022
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025
Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.