Şənbə, İyun 14, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İspaniya şirkəti BNEZ-nin modernizasiyasını həyata keçirəcək

19/12/2017
İspaniya şirkəti BNEZ-nin modernizasiyasını həyata keçirəcək
1
BAXIŞ
Share on FacebookShare on Twitter

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan modernizasiya işləri 2021-ci ilədək davam edəcək.

Bununla əlaqədar, layihəyə cəlb olunmuş Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) SOCAR-KBR şirkəti tərəfindən mövcud qurğuların və ümumi zavod təsərrüfatının rekonstruksiyası işləri üzrə aparılmış Seçim Proseduruna əsasən İspaniyanın  Tecnicas Reunidas (TR) şirkəti qalib olaraq seçilmişdir.

Dekabrın 19-da SOCAR-ın Heydər Əliyev adına NEZ və Tecnicas Reunidas şirkəti arasında zavodun yenidənqurulması və modernizasiya layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə,Satınalma,Tikinti) müqaviləsinin rəsmi imzalanma mərasimi keçirilmişdir.

Caspian Barrel SOCAR mətbuat xidmətinə istinadən xəbər verir ki, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, strateji İnkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, şirkətin Baş ofisinin rəhbər şəxsləri, Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, TR şirkətinin İdarə heyətinin sədrinin müavini, Baş icraçı direktoru Juan Llado Arburua, korporativ inkişaf üzrə Baş direktoru Enrique Alsina Massana, Təkliflər Departamentinin direktoru Carlos Molinero Monge və digər məsul şəxslər iştirak etmişdir.

Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və TR şirkətinin korporativ inkişafı üzrə Baş direktoru Enrique Alsina Massana imzalamışlar.

NEZ-da İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdıqdan sonra layihənin növbəti – Layihələndirmə, Satınalma, Tikinti (EPCEPCm) mərhələsinin icrası üçün podratçıların təyin edilməsi məqsədilə layihənin İdarəedilməsi üzrə Podratçı SOCAR-KBR şirkəti tərəfindən müvafiq Seçim Proseduru keçirilmişdir. 10 beynəlxalq şirkətin iştirak etdiyi Seçim Prosedurunda TR şirkəti tərəfindən təqdim edilmiş texniki və kommersiya təklifi ən yüksək yekun bal toplayaraq qalib gəlmişdir. Qeyd edək ki, NEZ-da yenidənqurma işləri əsasən iki istiqamət üzrə həyata keçirilir:

• yeni qurğuların inşası və

• mövcud əsas qurğuların və ümumi zavod təsərrüfatının (ÜZT) rekonstruksiyası.

TR şirkəti ilə imzalanan saziş məhz mövcud qurğuların və ÜZT-nin rekonstruksiya işlərini əhatə edir.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev TR şirkətini seçim prosedurunun qalibi elan olunması münasibəti ilə təbrik etmişdir: “Bu gün SOCAR hasilatla yanaşı, həm də emal sahəsində bir sıra iri investisiya layihələrini həyata keçirir, öz biznes portfelinin və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verir. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsi bu kontekstdə xüsusi yer tutur. Artıq NEZ-da yenidənqurma tədbirlərinin ilkin mərhələsi çərçivəsində inşa edilən yeni Bitum qurğusunun ardınca Avro-5 standartına cavab verəcək yüksək keyfiyyətli mühərrik yanacaqlarının, dizel və benzin məhsullarının alınması üçün daha müasir və səmərəli qurğuların istifadəyə verilməsinin astanasındayıq. Hesab edirəm ki, Tecnicas Reunidas şirkəti ilə əməkdaşlıq bu layihənin uğurla gerçəkləşməsinə müsbət təsir edəcəkdir”.

İmzalanma mərasimində çıxış edən TR şirkətinin İdarə heyətinin sədrinin müavini, Baş icraçı direktoru Juan Llado Arburua demişdir: “Tecnicas Reunidas şirkətinə göstərilən etimada görə SOCAR rəhbərliyi və layihənin icra qrupuna öz təşəkkürümü bildirirəm. Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq yenidənqurma işlərinin yüksək keyfiyyətdə, təhlükəsizlik qaydalarına əməl etməklə zamanında icra edəcəyimizə inanıram”.

Qeyd edək ki, SOCAR tərəfindən Heydər Əliyev adına NEZ-da həyata keçirilən yenidənqurma və modernizasiya layihəsinin əsas məqsədləri ölkəmizdə nəqliyyat vasitələri parkının genişlənməsi nəticəsində yüksək keyfiyyətli yanacağa artan tələbatı təmin etmək, emal və kimya sahəsindəki layihələrimizlə sinerji yaradaraq, ölkənin ixrac potensialını gücləndirmək, ölkədə ekoloji durumu yaxşılaşdırmaqdır. Bu məqsədlə NEZ-da yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulmuşdur:

I mərhələ üzrə 2018-ci ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;

II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;

III mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və rekonstruksiya işlərinin aparılması.

Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzinlərin və dizel yanacağının keyfiyyət göstəriciləri “Avro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı təmin ediləcəkdir. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur.

QEYD: 

Tecnicas Reunidas beynəlxalq podratçı şirkətdir. 1960-cı ildə təsis edilmiş Lummus Espanola şirkəti 1972-ci ildə Técnicas Reunidasla birləşərək onun adını qəbul etmiş və Técnicas Reunidas, S.A. kimi tanınmağa başlamışdır. TR neft–qaz sektorunda mühəndislik və tikinti üzrə aparıcı şirkətlərdən biri hesab olunur. Fəaliyyət sahələri: mühəndislik, sənaye obyektlərinin tikintisi və dizaynı, neft-kimya sənayesi, bərpa olunan enerji, gübrə və qeyri-üzvi kimya, ətraf mühitin mühafizəsi, metallurgiya və s. Şirkət Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Yunanıstan, Meksika, Türkiyə, Rusiya, Fransa, Hollandiya, Viyetnamda fəaliyyət göstərir. Beynəlxalq layihələr şirkətin illik dövriyyəsinin 70%-ni təşkil edir. Şirkət indiyədək 1000-dən artıq sənaye müəssisəsini layihələndirərək inşa etmişdir.

Baş ofisi Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Ötən dövr ərzində enerji, karbohidrogen, elektrik enerjisi, sənaye və mülki infrastruktur, minerallar, dövlət orqanları və kommersiya sektorlarının qabaqcıl təminatçılarından birinə çevrilmiş “KBR” şirkəti 1994-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi Hasilatın Pay Bölgüsü Sazişləri üzrə xidmət göstərir. “KBR” şirkəti ilə SOCAR arasında mühəndislik xidmətləri üzrə birgə müəssisənin “SOCAR-KBR” -in təsis edilməsi haqqında Saziş 2015-ci il martin 18-də Bakıda imzalanmışdır. Yaradılan yeni müştərək müəssisə geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə), layihə idarəetmə və tikinti xidmətlərini həyata keçirir.

Tags: NEZSOCAR-KBRTecnicas Reunidas

Eyni kateqoriyadan Digər materiallar

Ərdoğan “STAR” NEZ-in ixracat çempionu mükafatını təqdim edib
Azərbaycan

Ərdoğan “STAR” NEZ-in ixracat çempionu mükafatını təqdim edib

10/06/2024
Azərbaycanda benzin istehsalı 15%, dizel isə 14% artıb
Azərbaycan

Azərbaycanda benzin istehsalı 15%, dizel isə 14% artıb

18/12/2023
Gürcüstan bu il Azərbaycandan 159 min ton benzin idxal edib
Azərbaycan

Azərbaycan I yarımillikdə benzin idxalına $219,5 mln vəsait xərcləyib

17/08/2022
SOCAR avqustda Litvadan Ukraynaya 5 min tona yaxın benzin idxal edib
Azərbaycan

Azərbaycan AI-92 markalı benzin idxalını 14 dəfə artırıb

10/06/2022
SOCAR: “NEZ-in modernizasiyası ölkəmiz üçün böyük ekoloji əhəmiyyət kəsb edir”
Azərbaycan

SOCAR: “NEZ-in modernizasiyası ölkəmiz üçün böyük ekoloji əhəmiyyət kəsb edir”

15/04/2022
Heydər Əliyev adına NEZ-in təmirə dayandırılma müddəti dəyişdirilir
Azərbaycan

Heydər Əliyev adına NEZ-in təmirə dayandırılma müddəti dəyişdirilir

15/04/2022
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
Azərbaycan

Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyaları istismara verilib

27/05/2025
Azərbaycan

Maliyyə naziri Azərbaycana benzin idxalının artmasının səbəbini açıqlayıb

27/05/2025
Azərbaycan

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir

27/05/2025
Azərbaycan

SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib

26/05/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.