Bazar ertəsi, Mart 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

TANAP-a ilk sınaq qazı yanvarda vurulacaq

08/05/2017
TANAP-da qərarları kim və necə qəbul edir?
13
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəmərinə (TANAP) sınaq məqsədilə ilk qaz 2018-ci ilin yanvar ayında vurulacaq.

“Report” xəbər verir ki, bunu “Anadolu” agentliyinə TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

O qeyd edib ki, hazırda Türkiyə-Gürcüstan sərhəddindən Əskişəhərə qədər olan hissə üzrə (Faza-0) 80% işlər görülüb: “Bu ilin sonuna qədər “Faza-0 “üzrə mexaniki işlərin tamamlanması gözlənilir. Bundan sonra, istismara vermə işləri başlayacaq. 2018-ci ilin yanvar ayında ilk sınaq qazı veriləcək. Bu sınaqlar aparıldıqdan sonra, 2018-ci ilin iyun ayında kəmər kommersiya qazı üçün hazır olacaq. Əməliyyatlar üçün də hazırlıqlara başlamışıq. Xeyli sayda işçi qəbul olunub və hazırda onlara treninqlər keçirilir”, – deyə o bildirib.

TANAP-ın baş direktorunun sözlərinə görə, Əskişəhərin qərbindən başlayaraq Avropaya qədər uzanan hissədə (Faza-1) 45% iş icra olunub.

S.Düzyol ümumilikdə TANAP üzrə işlərin 70%-nin tamamlandığını qeyd edib: “TANAP-ın Dardanel boğazından keçən sualtı hissəsi  üzrə işlər  bu ilin yay aylarında həyata keçiriləcək. Malayziyanın “Sapura Kencana” şirkəti axıntıya qarşı özünü tarazlayan və suyun üzərində hərəkət etmədən qala bilən gəmini bölgəyə gətirərək dəniz keçidini inşa edəcək. Sualtı hissədə 36 düymlük iki boru xətti döşənəcək”.

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

Tags: Saltuk DüzyolTANAP

Eyni kateqoriyadan Digər materiallar

Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”
Azərbaycan

Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”

12/05/2023
Prezident: “Biz enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq”
Azərbaycan

Prezident: “Biz enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq”

03/02/2023
Çavuşoğlu: “Azərbaycan qazının dünya bazarına çıxarılmasında Türkiyədən təşəbbüs gözlənilir”
Azərbaycan

Çavuşoğlu: “Azərbaycan qazının dünya bazarına çıxarılmasında Türkiyədən təşəbbüs gözlənilir”

29/09/2022
SOCAR: “İndiyədək TANAP ilə 16 mlrd kubmetr Azərbaycan qazı nəql edilib”
Azərbaycan

SOCAR: “İndiyədək TANAP ilə 16 mlrd kubmetr Azərbaycan qazı nəql edilib”

03/06/2022
Bu il TANAP ilə qaz nəqli 18 % artırılacaq
Maraqlı Xəbərlər

Bu il TANAP ilə qaz nəqli 18 % artırılacaq

16/03/2022
Yanvarda TANAP-la 0,5 milyard kubmetrdən çox qaz nəql olunub
Maraqlı Xəbərlər

Yanvarda TANAP-la 0,5 milyard kubmetrdən çox qaz nəql olunub

04/03/2022
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.