Bazar ertəsi, İyul 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın Maltadakı biznesi işə düşdü – VİDEO

11/12/2017
SOCAR открыла на Мальте ТЭС и газовый терминал
12
BAXIŞ
Share on FacebookShare on Twitter
Aprelin 24-də Maltanın Marsaşlokk şəhərində təsisçilərindən biri “SOCAR Traiding” olan “ElectroGas Malta” şirkəti tərəfindən inşa edilən qaz terminalı və elektrik stansiyasının açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, SOCAR LNG (maye təbii qaz) şəklində Maltaya, yeni elektrik stansiyasına qaz tədarük etməklə, eləcə də onu “Enemalta” dövlət enerji şirkətinə satmaqla ölkədə elektrik enerjisi mənbəyi kimi mazutdan tam imtina edilməsi üçün şərait yaradıb. Tədbir də məhz buna həsr olunub.

Tədbirin birinci hissəsində Maltanın Baş naziri Cozef Muskat rəsmi şəxslər, eləcə də Marsaşlokk sakinlərinin müşayiəti ilə mazutla çalışan “Delimara-1” stansiyasının istismardan çıxarılması ilə bağlı rəsmi mərasim keçirib. Çıxışı zamanı C.Muskat səhmdarlar – “SOCAR Trading”, “SiemensPV” və “GEMHolding” şirkətlərinin dəstəyi ilə “ElectroGas Malta”nın gördüyü gərgin işlərin elektrik enerjisi qiymətlərini 25%, atmosferə zəhərli tullantıların miqdarını isə 90% azaltmağa imkan yaratdığını bildirib.

Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndə heyəti də iştirak edib. Malta rəsmiləri ilə görüş zamanı R.Abdullayev ölkədə yeni qaz dövrünün başlaması münasibətilə qarşı tərəfə təbriklərini çatdırıb, belə böyük layihənin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına görə minnətdarlığını bildirib və SOCAR-ın bu ölkədə uzun müddət fəaliyyət göstərmək niyyətində olduğunu vurğulayıb.

Açılış mərasimi ilə əlaqədar rəngarəng tədbir keçirilib, rəsmi şəxslər çıxış ediblər.

Xatırladaq ki, “SOCAR Trading” şirkəti “ElectroGas Malta” konsorsiumunun bir hissəsi kimi, 2013-cü ildə elektrik enerjisi istehsalı üçün adanın qazlaşdırılması üzrə Malta hökumətinin keçirdiyi tenderin qalibi olub. “Siemens” və yerli GEM investisiya şirkəti ilə tərəfdaşlıq şəklində “SOCAR Trading” dəyəri 500 mln. avrodan çox olan və 210 MVt gücə malik yeni elektrik stansiyasının və adada LNG-nin yenidən qazlaşdırılması üzrə terminalın tikintisi üzrə layihəni koordinasiya edib. İnşaat işlərinə 2014-cü ilin dekabr ayında başlanılıb və 2017-ci ilin yanvarında işlər yekunlaşıb.

2017-ci ilin yanvar ayında həmçinin LNG-nin ilk partiyası tədarük olunub. Qeyd edək ki, layihənin eksklüziv LNG təchizatçısı “SOCAR Trading” şirkətidir.

Qeyd edək ki, “ElectroGas Malta” şirkəti 18 il ərzində “Enemalta” dövlət enerji şirkətini elektrik enerjisi və təbii qazla təchiz edəcək.

 

Tags: Rövnəq AbdullayevSOCAR LNGSOCAR TradingМальта

Eyni kateqoriyadan Digər materiallar

Интервью с авторами бестселлера FT о легендарных сырьевых трейдерах
Azərbaycan

SOCAR Tayvana karbondan təmizlənmiş xam neft göndərib

13/06/2022
SOCAR Plans to Increase Investment in Innovation, Venture Projects by 2036
Azərbaycan

Rövnəq Abdullayev İqtisadiyyat nazirinin müavini təyin edilib

10/02/2022
Rövnəq Abdullayev: “Azərbaycan-Türkiyə enerji qardaşlığına töhfə verməyə davam edəcəyik”
Azərbaycan

Rövnəq Abdullayev: “Azərbaycan-Türkiyə enerji qardaşlığına töhfə verməyə davam edəcəyik”

22/12/2021
Rövnəq Abdullayev: “SOCAR əməkdaşlarının maaşları artırılacaq”
Azərbaycan

Rövnəq Abdullayev: “SOCAR əməkdaşlarının maaşları artırılacaq”

20/12/2021
SOCAR prezidenti Tehranda danışıqlar aparır
İran

SOCAR prezidenti Tehranda danışıqlar aparır

09/12/2021
“SOCAR-STP”nin istehsal imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub – FOTO
Azərbaycan

“SOCAR-STP”nin istehsal imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub – FOTO

19/10/2021
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.