Bazar ertəsi, Noyabr 17, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Həqiqətən Azərbaycanın neft sektorunda 34 min insan çalışır? – araşdırma

08/12/2017
1
BAXIŞ
Share on FacebookShare on Twitter

2011-ci ildə SOCAR-da çalışan içşilərin sayı 79,9 min nəfər idi…

Dövlət Statistika Komitəsindən Caspian Barrel-ə verilən məlumata görə, 2017-ci il yanvarın 1-ə olan statistikaya əsasən, iqtisadiyyatın neft sektorunda 34,1 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 479,9 min nəfər çalışmışdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft sektorunda çalışanların sayı 300 nəfər azalmış, qeyri neft sektorunda işləyənlərin sayı isə 18,5 min nəfər artıb.

Statkomun məlumatına görə, 2016-cı il dekabrın 1-ə olan məlumata əasən, iqtisadiyyatın neft sektorunda 34,2 min nəfər işləyirmiş.

Azərbaycanın neft sektorunda nə qədər işçi qüvvəsi var?

Bəs reallıqda Azərbaycanın neft sektorunda nə qədər insan çalışır? Bunun üçün audit edilmiş və ictimaiyyət üçün açıq olan rəsmi statistikadan istifadə edək.

Beləliklə, Azərbaycan Dövlət Neft Şirkətinin hesabatına əsasən, 2016-cı ilin 1 yanvar tarixinə SOCAR-da 52 min 576 nəfər çalışmışdır.  “BP-Azerbaijan” şirkətində isə ümumilikdə ştatlı işçilərin sayı 3120 nəfər olub ki, bunların da 2705 nəfərini Azərbaycan vətəndaşları təşkil edib.

BP-nin rəsmi məlumatına görə, “Şahdəniz-2” layihəsinin icra edilməsi (dənizdə qazma əməliyyatları, sualtı infrastrukturun yaradılması, 2 platformanın və onların dayaq bloklarının tikilməsi, Səngəçalda qaz terminalının genişləndirilməsi  və “Cənub Qafqaz boru xəttinin genişləndirilməsi” (mövcud ixrac qaz kəmərinə paralel olaraq yeni qaz kəmərinin çəkilməsi) layihələrinə Azərbaycan ərazisində ümumilikdə 22 minə qədər insan cəlb edilib. Onların 80%-dən çoxu yerli vətəndaşlardır.

Həmin dövr ərzində Azərbaycanda bunlardan əlavə neft hasilatı ilə məşğul olan 11 əməliyyat şirkəti olub. Onlar öz fəaliyyət masştablarına görə fərqlidirlər, ancaq iri şirkətlərin hər birində 1000 nəfər ətrafında insan çalışıb.

Bütün bunlardan əlavə Azərbaycanda neft və qaz sektoruna xidmət edən xeyli sayda (200-ə yaxın) servis şirkətləri fəaliyyət göstərirlər. Onların əksəriyyəti xarici şirkətlər olsa da yerli şirkətlərin sayı da az deyil. Və bu şirkətlərdə ümumilkdə 10 min nəfərə qədər insan çalışır.

Bəs niyə neft sektorunda işləyənlərin sayı az göstərilir?

Bir insanın əyinində “SOCAR” yazılmış uniforma var, onun boynundan asılmış işçi kartında  iş yeri “SOCAR” yazılır, ancaq Dövlət Statistika Komitəsi öz hesabatında təqribən 2o min bu cür insanı təkcə bir şirkət üzrə “qeyri-neft sektoru”na aid edir.

Statkom SOCAR-ın strukturunda tikinti ilə məğul olan qurumları neft sektoru kimi qeydə almır. Bu, təkcə SOCAR-la bağlı deyil. yuxarıda qeyd etdiyim – “Şahdəniz-2” və “Cənub Qafqaz boru kəmərinin genişləndirilməsi” layihəsi üzrə işlər də neft-qaz sektoruna aid edilmir. Görünür, bunlar tikinti sektoru adı altında birləşdirilirlər. Bəs onda əməliyyat şirkətlərində fəaliyyət göstərənlər? Axı onların da sayı çoxdur! Çox güman ki, onlar da özəl sektor adı ilə rəsmiləşdirilir.

Niyə belə edilir? Buna aydınlığı ancaq Statkom özü gətirə bilər, yəqin metodologiyaları belədir. Ancaq mənim yadımdadır ki, bir zamanlar beynəlxalq maliyyə institutları neft şirkətlərindən çıxan telefon zənglərinə görə ödənişlərin belə “neft sektoru” üzrə hesabatlara salınmasını tövsiyyə edirdilər hökumətə. Çünki həmin sektor olmasa, onda rabitə də lazımi artımı əldə edə bilməyəcəkdi. Rabitənin real inkişafı isə onun özünün xidmət sahələrini genişləndirməsi və rəqabətədavamlı mühitin formalaşdırılması hesabına baş verməliydi. Hər sahə üzrə belə belə olmalıydı. Burada məqsəd neft sektoru hesabına qeyri-neft sektorunun süni uğurlarının qarşını almaq idi, nəticədə hökumətin daha effektiv işləməsi üçün stimul yaradılırıdı…Bu, təqribən 20 il bundan əvvəl Azərbaycanın inkişafına olan baxışlardan biri idi…

İlham Şaban, Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Fins.az

P.S. 2017 -ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5013,4 min nəfər təşkil etmişdir. Fikir verdinizmi, neft sektorunda real çalışan 80-90 min insanın faydalı iş əmsalı (ölkəyə və ölkə iqtisadiyatına gətirdiyi gəlir) yerdə qalandan nə qədər yüksəkdir. Neft-qaz sektoru 2016-cı ildə dəyər ifadəsində ölkə ixracının 86%-i təmin edib.

Eyni kateqoriyadan Digər materiallar

SOCAR launches first fast charging station for electric trucks in Switzerland
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
ACWA Power to Open Office in Azerbaijan in Spring
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025
Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025
Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.