Cümə axşamı, Noyabr 13, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Asiya İnfrastruktur İnvestisiya Bankı TANAP-a kredit ayırdı

08/12/2017
0
BAXIŞ
Share on FacebookShare on Twitter

26 yanvar 2017-ci il tarixdə Azərbaycan hökuməti, “Cənub Qaz Dəhlizi” (CQD) QSC və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb.

“Report” xəbər verir ki, 600 mln. ABŞ dolları məbləğində olan kredit sazişini CQD-nin baş direktoru Əfqan İsayev və AIIB-in İnvestisiya əməliyyatları Departamentinin baş direktoru Teravaninton Supi (Teravaninthorn Supee), kredit müqaviləsinə dair zəmanət sazişini isə Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov, AIIB-in adından Teravaninton Supi imzalayıblar.

Dünən Ə.İsayev “Report”a bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlıq nəticəsində əldə edilmiş uğurlar beynəlxalq müstəvidə Azərbaycan tərəfindən görülən işlərə inam və dəstəyi nümayiş etdirir. CQD-nin baş direktoru qeyd edib ki, hazırda bir sıra Avropa maliyyə institutu da danışıqların intensivləşməsi ilə maliyyələşdirmədə öz maraqlarını təsdiqləyib: “Prezident İlham Əliyev öz çıxışlarında daim vurğulayıb ki, layihə təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıyır və məhz Azərbaycanın liderliyi hesabına icra edilir. Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi (ŞD-2), bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihədə iştirak edən bütün ölkələr üçün Cənub Qaz Dəhlizinin vacibliyini nəzərə alaraq, bir sıra beynəlxalq maliyyə institutu bu layihəni dəstəkləyir”.

CQD-nin baş direktoru Cənub Qaz Dəhlizi layihəsinin iqtisadi və kommersiya cəhətdən də çox səmərəli olduğunu qeyd edərək, bu istiqamətdə görülmüş işlər barədə də məlumat verib. Onun sözlərinə görə, QSC tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə 2014-2019-cu illər üçün ümumi tələb olunan təqribən 11,9 mlrd. dollar məbləğində vəsaitdən indiyədək 6,3 mlrd. dollar hissəsi, yəni təqribən 50%-i icra edilib. O deyib ki, bu vəsaitin ötən ildə təqribən 2 mlrd. dolları xərclənib: “Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 87,9%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə işlərin 74,5%-i, TANAP-ın inşası üzrə işlərin 59,3%-i, TAP-ın inşası üzrə işlərin 31,8%-i icra edilib. İnşaat işləri uğurla davam etdirilir.”

* “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyətində olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Azərbaycanın da təsisçi-üzvü olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı 100 mlrd. dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir. 

Eyni kateqoriyadan Digər materiallar

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
“SOCAR Cape” “BP-Azerbaijan” ilə müqavilənin müddətini uzadıb
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.