Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 milyon 56 min manat vəsait ödənilmişdir.
Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 milyon 736 min manat və ya 171,3 faiz çox olmuşdur.
Ümumiyyətlə, 2016-cı ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 395 milyon 421 min manat vəsait ödənilmişdir. 2015-ci ildə SOCAR-ın büdcə ödəmələri 1 mlrd. 480,195 mln. manat olmuşdu. Beləliklə, 2016-cı il ərzində şirkətin dövlət büdcəsinə vergi köçürmələri 5,7% azalıb.
Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 666 min manat vəsait köçürmüşdür. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 milyon 417 min manat təşkil etmişdir ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 milyon 119 min manat və ya 103,7 faiz çox olmuşdur.