“İqtisadi nöqteyi-nəzərdən TANAP layihəsi İran üçün sərfəli olarsa, biz bu layihəyə qoşula bilərik”.
Bunu İranın neft nazirinin müavini və İran Milli Qaz Şirkətinin baş direktoru Həmidrza İraqi bildirib.
“İran Milli Qaz Şirkəti 50 ildən çoxdur fəaliyyət göstərir. Bizim siyasətimizin əsası ondan ibarətdir ki, ixracımız iqtisadi baxımdan səmərəli olmalıdır. Bu, olduqca önəmli amildir. TANAP layihəsi də bizim üçün səmərəli olarsa, layihəyə qoşula bilərik. İran öz qazını daha sərfəli şərtlərlə ixrac etmək istəyir”, – deyə o bildirib. (APA)