Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kot-d`İvuarda LNG-terminalı inşa edəcək CI-GNL konsorsiumun üzvü oldu. Bu barədə “Total” neft-qaz şirkəti məlumat verib.
“Total”ın rəhbərlik etdiyi CI-GNL konsorsiumu Kot-d`İvuarda illik 3 mln. ton gücü olan mayeləşdirilmiş təbii qaz terminalının tikintisi və idarəçiliyini həyata keçirmək hüququnu əldə edib. SOCAR-ın payı 26% təşkil edəcək”, – deyə məlumatda deyilir.
Layihənin operatoru 34% pay bölgüsü ilə “Total” olacaq. Həmçinin PetroCI (11%), CI Energies (5%), Shell (13%), Golar (6%) VƏ Endeavor Energy (5%) konsorsiumun üzvləridir.
“Terminalın 2018-ci ilin ortalarında istifadə vermək planlaşdırılır”, – deyə məlumatda vurğulanır.
Interfax