Neft Fondu indiyədək “Şahdəniz” yatağının işlənməsindən 2,5 milyard dollar qazanıb
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Şahdəniz” yatağının işlənməsindən 64 milyon dollar vəsait daxil olub.
Bu barədə AZƏRTAC–a ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, 2007-ci ildən bu il noyabrın 1-dək isə Dövlət Neft Fondu “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 506 milyon ABŞ dolları gəlir əldə edib.