Bazar ertəsi, Mart 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Etilen-polietilen zavodunun yenidənqurulması üçün TECHNİP və SOCAR-KBR şirkətləri ilə müqavilə imzalandı

05/11/2016
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün “Azərikimya” İB-nin“Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində “TECHNİP İTALY S.p.A.” şirkəti və “SOCAR-KBR” Birgə Müəssisəsi ilə müqavilə imzalanmışdır .

imzalanibNoyabrın 5-də Sumqayıt şəhərində “Azərikimya” İB-nin konfrans zalında SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər rəhbər şəxslərin iştirakı ilə “Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində Birlik və “TECHNİP İTALY S.p.A.” şirkəti, eləcə də “SOCAR-KBR” Birgə Müəssisəsi arasında imzalanma mərasimi keçirilmişdir.

SOCAR prezidenti R.Abdullayev, İtaliyanın Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillo, “TECHNİP İTALY S.p.A.” şirkətinin Baş İcraçı Direktoru Marco Villa və “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland əvvəlcə “Azərikimya” İstehsalat Birliyinin ofisində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş güşəni ziyarət etmiş, Ulu öndərin büstü önünə gül-çiçək dəstələri düzmüşlər.

SOCAR prezidenti Rövnəq Abdullayev qonaqları salamlayaraq, həyata keçiriləcək yenidənqurma və rekonstruksiya işlərindən bəhs etmiş, bildirmişdir ki, görüləcək tədbirlər nəticəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular inşa olunacaq, nəticədə Birliyin istehsal gücü artacaq, Sumqayıtda tikintisinə başlanılmış Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaqdır. Sonra “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev iştirakçılara “Azərikimya” İB-də həyata keçirilən yeni layihələr haqqında ətraflı məlumat vermişdir.
ss
“TECHNİP İTALY S.p.A.” şirkətinin Baş İcraçı Direktoru Marco Villa və “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland təqdimatla çıxış etmişlər.

Baş İcraçı Direktoru Marco Villa qeyd etmişdir ki, mərhələli olaraq 2018-2019-cu illərə qədər davam etdiriləcək yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq, Azərbaycan Respublikasında neft-qaz və neft-kimya sektorunda kəşfiyyat, hasilat, emal və nəqliyyatla bağlı işlər və sınaq xidmətləri, layihələr, mühəndislik, texniki təchizat, satınalma, tikintiyə nəzarət, layihənin idarəedilməsi, müqavilələrə nəzarət, yoxlama xidmətləri, təlimlər, yerli personalın biliyinin yoxlanılması və ekspertizası, layihələrin icra qrafikinə nəzarət funksiyasının yerinə yetirilməsi, podratçılara nəzarət və idarəetmə sahələrində böyük təcrübəyə malik “SOCAR-KBR” Birgə Müəssisəsi Layihənin İdarə Edilməsi üzrə podratçı (PMC) qismində işlərə cəlb olunmuşdur.

“KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti, “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland bildirmişdir ki, imzalanacaq müqavilə çərçivəsində “SOCAR-KBR” və “Azərikimya” İB-nin mütəxəssislərindən ibarət İnteqrasiya olunmuş İdarəetmə Komandası (IPMT)- “Birgə Layihə Qrupu”nun yaradılması nəzərdə tutulur. “SOCAR-KBR” Birgə Müəssisəsi layihənin bütün mərhələlərinin icrasına nəzarət edəcək və cəlb olunan podratçıların idarə edilməsində “Azərikimya” İB-yə dəstək verəcəkdir.

Görüş çərçivəsində “Azərikimya” İB ilə “TECHNİP İTALY S.p.A.” arasında modernizasiya və yenidənqurma işləri ilə əlaqədar yeni obyektlərin, avadanlıqların və infrastrukturun layihələndirilməsi, satın alınması, tikintisi, sazlanması, işə salınması, sınaqdan keçirilməsi və istismara hazırlanması da daxil olmaqla EPC müqaviləsi, Birliklə “SOCAR-KBR” Birgə Müəssisəsi arasında Layihənin İdarəedilməsi üzrə Podratçı-PMC müqaviləsi imzalanmışdır.

Hər iki müqaviləni “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, qarşı tərəfdənsə müvafiq olaraq “TECHNİP İTALY S.p.A.” şirkətinin Baş İcraçı Direktoru Marco Villa və “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland imzalamışlar.

Daha sonra tədbir iştirakçıları rekonstruksiya aparılacaq əraziyə gəlmiş, layihənin plan sxemləri ilə tanış olmuş, burada ağac əkmiş və xatirə şəkili çəkdirmişlər.

Xatırladaq ki, hələ cari ilin martında SOCAR-ın Baş ofisində “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində Birlik ilə “TECHNİP İTALY S.p.A.” şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilənin imzalanma mərasimi keçirilmişdi.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.