Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il noyabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 121 milyard 30 milyon ABŞ dolları gəlir əldə edib.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC–a bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 4 milyard 21 milyon dollar vəsait daxil olub.