Çərşənbə, Dekabr 10, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan öz mənfəət neftini Belarusa neçəyə satır?

06/11/2016
2
BAXIŞ
Share on FacebookShare on Twitter
Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da rəsmi səfərlə Bakıya gələcək.
lukaArtıq Lukaşenkonun Bakı səfərinə ciddi hazırlaşdığı hiss edilir: o, yerli və xarici KİV-lərə müsahibələrində Azərbaycan haqda kifayət qədər xoş sözlər söyləyir, onun prezidenti İlham Əliyevlə dostluğunu bildirir və Bakınını dar gündə dost yanında olan ölkə olduğunu belarusların yadından çıxartmadığı xüsusilə vurğulayır.
Belarusun neft və qaz ölkəsi olmasa da, ancaq 2016-cı ildə növbəti iqtisadi çətinliklərlə üzləşdiyini bildirirlər. Belə ki, ölkənin əsas qazanc mənbələrindən biri Rusiya neftinin ucuz qiymətə idxal olunaraq ölkədə emalı və neft məhsullarının əsasən uzaq xaricə ixrac edilməsindən əldə edilən gəliri idi.  Qeyd etmək gərəkdir ki, Belarusdakı Mozır neft emalı zavodu 2010-cu ildən Avro-5 standartlarında yanacaq istehsal edir. Ancaq cari ilin I yarımilliyində xam neftin qiymətlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 30% ucuclaşması səbəbindən Minskin Rusiyadan aldığı xammal müqabilində ixrac etdiyi məhsuldan qazancı kəskin azalmağa başladı (38%).
Rəsmi Minsk bunu görcək Moskvadan aldığı qazın qiymətinin iki dəfəyədək endirilməsini tələb etməyə başladı ($138-dan $75-dək). Nəticədə qaza görə görə ödəmələri vaxtında ödəmələri yubandırdı. Bunun əslində real səbəbləri başqa idi. Minsk başa düşürdü ki, Moskva qazın qiymətində bu qədər endirim etməyəcək və onun da neft məhsullarından əldə etdiyi gəlirlər hazırkı qiymətlər şəraitində artmayacaq. Siyasi rəhbərliyin qarşısında duran əsas vəzifə ölkədəki sabitliyi qoruyub saxlamaq üçün lazımi idxal səviyyəsini təmin etmək idi. Nəticədə cari ilin 9 ayının nəticələrinə görə, dəyər ifadəsində idxal ixracı 2 milyarddan çox üstələdi.  
Kreml isə artıq daha ciddi-cəhdlə $280 milyon qaza görə yığılmış borcunu ödəməyi tələb edir.
Lukaşenko para tapa bilmədiyindən Rusiya bu ilin ortasından ona güzəştlə satdığı neftin həcmlərini yavaş-yavaş azaltmağa başlayıb.
Minskdə isə bundan çıxış yolu kimi hələ 2010-cu ildəki kimi Bakının imkanlarından yararlanmaq inkanlarını düşünürlər. O zaman Bakı Belarusa gözlənilmədən aşağı faizlə $200 mln uzunmüddətli kredit vermişdi.
Lukaşenko isə görünür Bakını tərifləməklə artıq bir balaca özünü “tuta” bilib: noyabrın əvvəllərində Supsadan Odessaya, oradan isə dəmir yolu ilə Mozır NEZ-na 630 min barel Azərbaycana ACG-dən çatmalı olan mənfəət nefti Belarusa göndərilib.
Ancaq bilinmir ki, həmin neft hansı qiymətə satılıb. Təbii ki, Belarus hökuməti London birjasındakı qiymətə neft almağa qalsaydı – elə Rusiyanın pulunu verib ürəyi istəyən qədər neft alardı, çünki Rusiyanın Urals markalı neft Brent-dən təqribən 2 dollar ucuzdur. Bizim Azeri Ligth isə Brentdən 1-1,5 dollar bahadır. Demək, Azərbaycan bu neft partiyasını və sonrakı bir-neçə partiya nefti ya “uzunmüddətli kreditə”sənədləşdirir, ya da c-b Lukaşenkonun səfəri zamanı bu ölkədən hökumətlərarası saziş çərçivəsində alınacaq hansısa məhsul və strateji qurğuların ödənməsi üçün barter əməliyyatlarında istifadə edəcək. 
İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Eyni kateqoriyadan Digər materiallar

США призвал Туркмению  выходить на газовый рынок ЕС
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.