Bu ilin ilk doqquz ayında Azərbaycandan 4 milyard 657 milyon 749 min kubmetr təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə təbii qaz ixracının dəyəri 718 milyon 426 min ABŞ dolları təşkil edib.