2016-cı ilin iyun ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 968 yeni abonent qeydiyyata alınıb.
Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, qeydiyyata alınana abonentlərdən 1551-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 10417-i isə regionların payına düşmüşdür. Bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 918 min 710-a çatmıb.
1 iyul 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 130 964 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 362 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
Xatırladaq ki, SOCAR məscid və dini məbədlərə əvəzsiz təbii qaz verilməsini həmçinin qonşu Gürcüstanda da həyata keçirir.