Bazar, Dekabr 14, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Vitse-prezident: “SOCAR daxili mənbələrdən kredit götürməyə üstünlük verir”

29/06/2016
2
BAXIŞ
Share on FacebookShare on Twitter
SOCAR delivers 72% of extracted oil to local market
SOCAR delivers 72% of extracted oil to local market

“SOCAR dünyanın aparıcı bankları ilə kreditləşmə əməliyyatları həyata keçirir”.

“APA-Economics” xəbər verir ki, bunu SOCAR rəhbərliyinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşündə dövlət şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov bildirib.

Onun sözlərinə görə, bu, beynəlxalq maliyyə institutlarının SOCAR-a olan inamının və etibarının göstəricisidir: “Bu gün bu banklar və maliyyə institutları SOCAR-a çox aşağı faizlərlə kreditlər ayırır. Biz özümüz də çalışırıq ki, bu kreditlər uzunmüddətli olmasın. Bu səbəbdən son zamanlar biz banklardan maksimum 5% olmaqla, 5 illik kredit alırıq”.

Vitse-prezident əlavə edib ki, SOCAR xarici borclanmaya meylli deyil və bu səbəbdən daxili mənbələrdən kredit cəlb etməyə çalışır. “Məsələn, daxili mənbə kimi, SOCAR Azərbaycan Beynəlxalq Bankından 1,2 milyard dollar həcmində kredit alıb”, – deyə o bildirib.

S. Qasımov çıxışında bildirib ki, bu ilin iyunun 30-dək SOCAR-ın illik hesabatı audit yoxlamalarının rəyi ilə birgə şirkətin rəsmi saytında dərc olunacaq: “Artıq şirkətinin rəyinin tamamlanma işləri aparılır. SOCAR-ın ümumi aktivləri 39,9 mlrd. manata çatıb. Artımın əsas səbəblərindən biri manatın dollara olan ekvivalentidir. Buna səbəb isə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi olub. SOCAR-ın banklar qarşısında öhdəlikləri var. Bəzən mətbuatda SOCAR-ın borcları ilə bağlı yanlış məlumatlar yazılır. SOCAR-ın əsas borcları xarici valyutadadır. Təbii ki, valyutanın məzənnəsi dəyişdikcə, borcun həcmi də dəyişir. Əgər hazırda konsolidə olunmuş borcumuz 6,3 milyard dollardırsa, manat ekvivalentində bu rəqəm 9,4 milyard manat təşkil edir. SOCAR hazırda bütün həyata keçirdiyi layihələri davam etdirir. Bu layihələrin icrası üçün cəlb olunmuş borcların çoxu dövlət zəmanətlidir və hissə-hissə qaytarılacaq. Ötən il neft emalı və neft-kimya emalı zavodlarının tikintisi üçün 69 milyon manat borc alınıb. Bundan başqa, SOCAR “Ümid” yatağının işlənilməsi üçün 200 milyon dollar cəlb edib. SOCAR borcunu hissə-hissə, qrafikə uyğun qaytaracaq”.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
Çinin İran neftinə qayıdışının mənası
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
США призвал Туркмению  выходить на газовый рынок ЕС
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.