“ArcelorMittal” şirkəti (Lüksemburq) Trans-Adriatik Boru Kəmərini (TAP) 75 min tondan çox isti yayılmış rulonlarda (Hot-Rolled Coils – HRC) təmin edib.
“Report” xəbər verir ki, bu rulonların çatdırılması 2017-ci ilin birinci rübünə qədər davam edəcək. Polad rulonlar “ArcelorMittal”ın Bremendəki (Almaniya) zavodunda istehsal edilib və sonrakı mərhələdə boruların istehsalı üçün Yunanıstandakı ortağı olan “Corinth Pipeworks S.A.” şirkətinin təhvil verilib.
Proses 2015-ci ildə başlayıb və 2017-ci ilin birinci rübünə qədər davam edəcək. Qurumun açıqladığı məlumata görə, TAP üçün istehsal edilən boruların divarının qalınlığı 18 mm-dir və ən ciddi mexaniki təsirlərə dözümlüdür.
Qeyd edək ki, TAP Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi (SGC) layihəsnin son hissəsidir. “Şahdəniz” qazının TAP vasitəsi ilə 2020-ci ildə Avropa bazarına çıxarılması planlaşdırılır.