“SOCAR Turkey Energy” şirkətinin Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində iştirak payı alması məsələsi bu ilin sonuna qədər həll olunacaq. Bunu “Report”a açıqlamasında “SOCAR Turkey Energy”nin baş direktoru Zaur Qəhramanov bildirib.
“Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi Cənub Qaz Dəhlizi üzrə Dövlət Komissiyası fəaliyyət göstərir və Komissiya bu əməliyyat üçün razılıq verib. Azərbaycan tərəfindən bütün razılıqlar alınıb, Türkiyə tərəfdən razılıq alınmalıdır. Çalışırıq ki, bir-iki aya məsələni bitirək. Ən geci sentyabr ayında proses yekunlaşacaq”, -deyə Z.Qəhramanov əlavə edib.