Goldman Sachs bankının analitikləri futbol üzrə Avropa çempionatının 2016-cı ildəki mümkün qalibinin adını ictimaiyyətə açıqlayıblar.

Bank təhlilçilərinin apardıqları araşdırmalara görə, ehtimala əsasən, 23,1% üstünlüklə çempion adını Fransa millisi qazanacaq.
Hazırkı Avropa çempionu – Almaniya, Goldman Sachs bankının oyunların təhlilləri əsasında çıxardığı proqnozda 19,9%-lik nəticə ilə ikinci olub.
Fransa komandasının şanslarının yüksək olmasında “doğma divarlar” amilini bank təhlilçiləri xüsusilə qeyd edirlər.
Üçüncü yerin qalibi kimi isə Goldman Sachs bankı İspaniya millisini proqnoz edir.