logo

Azərbaycan nefti yenə ucuzlaşdı – səbəb nədir?

Views: 402

neft-golDünya bazarlarında neft iki gündür ucuzlaşmaqda davam edir. Buna səbəb Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı iyunun 23-də keçirəcəyi refendurumla bağlı neqativ informasiyaların yayılmasıdır.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,41 dollar və yaxud 0,81% ucuzlaşıb.

“Report” xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 50,39 dollara bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Comments: 0