BP-Azerbaijan şirkətində 1 aprel 2016-cı il tarixinə 3443 nəfər ixtisaslı əməkdaş çalışır.
Caspian Barrel “BP-Azerbaijan”nin 2016-cı il yanvar-mart ayları üzrə açıqladığı hesabata istinadən bildirir ki, şirkətdə çalışan yerli ixtisaslı vətəndaşların sayı 2 926 nəfərdir. Bunlar ümumi heyətin 85 faizini təşkil edir. Yerdə qalan 15 faiz isə əcnəbi mütəxəssislərdir.