Federal Gömrük Xidmətinin materiallarında deyilir ki, 2016-cı ilin birinci rübündə Rusiya neftinin ixracı dəyər baxımından keçən ilin analoji dövrü ilə müqayisədə 38% azalaraq $14,093 milyard təşkil edib.
2015-ci ilin birinci rübündə bu göstərici $22,726 milyard idi.
Hesabat dövründə neft ixracının fiziki həcmi 4.6% artaraq 61.95 milyon ton təşkil edib.
Neft ixracının əsas həcmi uzaq xaric ölkələrinin payına düşüb : tədarükün həcminin dəyəri $13,1 milyard olub.
MDB ölkələrinə neft ixracından əldə edilən gəlir bir il əvvəlki $1,399 milyarda qarşı $1 milyard təşkil edib.
Uzaq xaric ölkələrinə neft tədarükünün həcmi 56 milyon ton,MDB ölkələrinə isə 5.9 milyon ton olub.