Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin imzaladığı əmrə əsasən, SOCAR əməkdaşlarının vəzifə (tarif) maaşları 1 aprel 2016-cı il tarixindən 10% artırılıb.
Bu barədə “Report”a SOCAR-dan bildirilib.
Caspian Barrel bildiri ki, SOCAR-da 2013-cü ildə orta əmək haqqı 839,32 mana, 2014-cü ildə isə 882,08 manat təşkil edib. Ötən il neftçilərin əmək haqlarının artırılması baş verməyib. Şirkət isə 2015-ci il üzrə əmək haqları ilə bağlı məlumatlarını hələ açıqlamayıb. Orta əmək haqlarında isə dətişikliklər olacaq, çünki şirkətin işçilərinin sayı ötən il təqribən 4 min nəfərə yaxın azalıb.