2016-cı ilin birinci rübündə SOCAR Ceyhan terminalından 4 mln 628.741 min ton Azərbaycan nefti göndərib. Bu barədə SOCAR-ın mətbuat xidmətindən bildiriblər.
2015-ci ilin birinci rübündə SOCAR Ceyhan terminalından 4 mln 554,399 min ton Azərbaycan nefti göndərmişdi. Beləliklə,2016-cı ilin yanvar-martında göndərilən neftin həcmi 1.6% artıb.
Həm də 2016-cı ilin yanvar-martında tədarük edilmiş neftin bütün həcmi Azərbaycanın mənfəət neftinin payına düşür.
Mart ayında şirkət Ceyhan limanından 1 milyon 644,415 min neft göndərib.
*2015-ci ildə Ceyhan limanından SOCAR 17 milyon 931,458 min ton Azərbaycan nefti göndərib.