Azərbaycanda ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında energetika naziri Natiq Əliyev bildirib ki, 2016-cı ilin yanvar-martında ölkədə 10.5 milyon ton və kondensat hasil edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə,Azərbaycanda 2015-ci ilin birinci rübündə 10 mln 669 min ton neft və kondensat hasil edilib. Beləliklə,cari ilin yanvar-fevralında neft hasilatında azalma 1.58% təşkil edib.
“Hasil edilmiş neft və kondensatın 82% “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” neft yataqlarının (hər iki layihənin operatoru BP şirkətidir) payına düşüb”,- deyə nazir bildirib.
Əliyev həmçinin bildirib ki,cari ilin yanvar-fevralında Azərbaycan neftinin ixrac həcmi 8.9 milyon ton təşkil edib.