Dünya birjalarında çərşənbə axşamı “qara qızılın” qiymətində yeni artım qeydə alınıb. Brent markalı neft daha 1,3% bahalaşıb və artım davam edir.
Bu gün London və Nyu-York birjalarında keçirilən hərraclarda neftin qiyməti Bakı vaxtı ilə saat 17.45 radələrinə müvafiq olaraq 1,3% və 0,92% artıb.
London birjasında Brent markalı neftin bir barelinin qiyməti 41,42 dollar təşkil edib, Nyu-York birjasında isə Qərbi Texas markalı neftin bir barelinin qiyməti 38,21 olub.
Qeyd edək ki, dünən London birjasında keçirilən hərraclarda Brent markalı neft gün ərzində 5,19% artım nümayiş etdirərək 40,84 göstəricisi ilə bağlanmışdı.