“Kazmunaygaz” şirkətinin nəqliyyat bölməsi olan “Kaztransoil” 2015-ci ildə xalis mənfəəti 3.7% – 44.7 milyard tenqeyə qədər azaldıb.
2015-ci ilin nəticələrinə görə, “Kaztransoil” şirkətinin ümumi gəliri 213,2 milyard tenqe təşkil edib ki, bu da 2014-cü ilin nəticələrindən 3.2% çoxdur.
“Kaztransoil” şirkəti Qazaxıstanın ən böyük neft nəqliyyat şirkəti olub,7600 km uzunluğunda magistral boru kəmərlərinə malikdir və ixrac edilən və daxili bazara yönəldilən neftin 60% nəql edir.