“Reyter” agentliyinə iki mənbədən daxil olan məlumata görə,İran martda Avropaya tədarük hesabına neft ixracını gündə 1.65 milyon barelə qədər artırmaq istəyir.
Onların sözlərinə görə, İran Milli Neft Şirkəti (NIOC) Total və Cepsa şirkətləri ilə martın 1-dən qüvvəyə minən müqavilələr hesabına mart ayından Avropada gündə 250.000-300.000 min barel neft satmağı planlaşdırır.
Total şirkəti ilə müqavilə gündə 200.000 min barel neft,Cepsa ilə isə 35.000 min barel neft satışını nəzərdə tutur. Mənbənin sözlərinə görə, Total mart ayında ən az 5 milyon barel neft alacaq.
Yunanıstanın ən böyük neft emalçısı Hellenic Petroleum xəbər verib ki,martda İran neftinin ilk partiyasını alacaq.
Total, CEPSA və Lukoil şirkətinin ticarət bölməsi olan Litasco yanvarda İrana qarşı sanksiyalar qaldırılıdıqdan sonra İran neftinin Avropada ilk müştəriləri oldublar.