Barents dənizində dünyanın ən şimal hissəsində yerləşən “Qoliaf” platformasından neft hasilatına başlanıb. Norveç sularına platforma bir illik gecikmələr və əlavə təsdiqlənmələrdən sonra çatdırılıb. Bu haqda Caspian Barrel Err.ee. portalına istinadən xəbər verir.
Barents dənizində “Qoliaf” platformasında neft hasilatı İtaliyanın ENİ (65%) və Norveçin Statoil (35%) şirkətlərinin birgə layihəsidir. Yatağın çıxarıla bilən ehtiyatları 174 milyon barel (20.5 milyon ton) təşkil edir.
“Qoliaf” platforması Barens dənizinin Norveç hissəsində neft yataqlarının inkişaf etdirmək üçün ilk cəhddir.
Hasilat ekoloqların və yaşılların etirazlarına baxmayaraq başlayıb.
Eyni zamanda,hələ iki il bundan qabaq,Norveç ekspertləri xəbərdarlıq etmişdilər ki,Arktikada hasilatın yüksək dəyəri üzündən “Qoliaf” layihəsi neftin qiyməti bir bareli üçün $ 95 az olmayacağı təqdirdə rentabelli olacaq.