Rusiyanın “Qazprom” şirkəti Bank of Chinadan 5 il müddəti üçün 2 milyard avro kredit alacaq. Bu şirkət tarixində bir kredit təşkilatından maliyyə həcmi baxımından cəlb edilmiş ən böyük sövdələşmə və çin bankı ilə ilk ikitərəfli kredit müqaviləsidir.
“Şanxayda “Qazprom” və Bank of China Limited, London Branch beş il müddəti üçün 2 milyard avro məbləğində kredit müqaviləsi imzalayıblar”,- deyə Qazprom şirkətinin məlumatında deyilir.