Aktyubinsk vilayəti akimi Berdıbek Saparbayev bildirib ki, 2017-ci ilə Aktyubinsk vilayəti özünü elektrik enerjisi ilə 100% təmin edəcək.
“Bu gün biz “Batıs Tranzit” şirkətinin gördüyü işlər sayəsində biz Rusiya enerjisindən asılı deyilik. Dövlət-özəl sektor tərəfdaşlığı sayəsində çəkilmiş elektrik xətti hesabına daxili təlabatı ödəyirik. Layihənin dəyəri – 22 milyard tenge, elektrik verilişi xətlərinin uzunluğu – 500 km-dir. “Bu xətt sayəsində Qazaxıstan Rusiyadan tamamilə müstəqildir”, – deyə vilayətin akimi bildirib.
Bununla yanaşı,akim etiraf edib ki,region hələ tam özünü təmin edə bilmir.
“50 MVt gücündə İES istisimara verilib. 120 MVt gücündə Janajolski qaz emalı zavodu istismara verildikdən sonra təxminən 60 MW gücündə enerji çatışmamazlığı olacaq. Ancaq biz ümid edirik ki, 2017-ci ilə özümüzü 100% təmin eəcəyik”,- deyə B.Saparbayev vurğulayıb.
Janojolski qaz emalı zavodu “CNPC-Aktobemunayqaz” tərəfindən inşa edilir. Zavod ildə 3 milyard kub metr qaz emal edəcək. Zavodun iki bloku artıq istismara verilib ,üçüncüsu isə 2016-ci ilin mayında istismar veriləcək.