Rusiya Maliyyə Nazirliyinin eksperti Aleksandr Sakoviç bildirib ki,2016-cı ilin yanvarında Rusiyanın Urals markalı neftinin bir barelinin qiyməti $28,75 təşkil edib.
Bir il əvvəl, yanvar ayında Rusiya neftinin orta qiyməti bir barel üçün $ 46,58 təşkil edirdi. Belə ki, bu ilin əvvəlindən, Urals markalı neftin qiyməti 1,6 dəfə azalıb.
Ümumiyyətlə, 2015-ci ildə Rusiya neftinin orta qiyməti bir barel üçün $ 51.23, 2014-cü ildə isə 97,6 idi.
2016-ci il üçün Rusiya büdcəsi neftin orta qiyməti $ 50 hesablanıb. İndi hökumət neft qiymətlərinin kəskin azalması şəraitində gəlirlərinin artırılması və büdcə xərclərinin azaldılması variantlarını müzakirə edir.