Atırau vilayətində “Tengiz” və “Korolyov” yataqlarını istismar edən “Tengizşevroyl” şirkəti 2000-ci ildən ətraf mühitin mühafizəsinə $3 milyard sərmayə yatırıb.
2000-ci ildən TŞO ətraf mühitə təsirin minimuma endirilməsi üzrə layihələrə $3 milyard sərmayə yatırıb. Bunun nəticəsində məşəllərdə yandırılan qazın həcmi 85% azalıb. Hal-hazırda TŞO səmt qazının 98%- dən çoxu istifadə edilir. 2000-ci ildən bir ton neft hasilatında ətraf mühitə atılan tullantıların həcmi 73% azalıb,deyə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Şirkətin ictimaiyyət üçün açıqlanan məlumatında bildrilir ki, 2000-ci ildən TŞO xam neft hasilatını 159% artırıb.