Norveçin dövlət neft şirkəti Statoil 2015-ci ildə xalis mənfəətini 43% azaldıb – 44 milyard norveç kronu ($8,86 milyard). Şirkətin gəliri 22% azalıb – 472 milyon kron.
2015-ci ilin IV rübündə şirkətin xalis mənfəəti 15.2 milyard kron təşkil edib ki,bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 44% azdır. Gəlirlər 24% azalıb – 112,7 milyard krona qədər.
2016-cı ildə Statoil şirkəti üçün zərərsizlik bir barel üçün $41 təşkil edəcək. 2015-ci ilin nəticələrinə görə,şirkətin sübut edilmiş ehtiyatları 5,36 milyard bareldən 5.06 milyard barelə qədər azalıb.
2015-ci ilin IV rübündə orta gündəlik neft hasilatı 2,05 milyon barel səviyyəsində olub.