Cümə axşamı, Dekabr 11, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

S&P SOCAR-ın kredit reytinqini “BB”-dək azaldıb

05/02/2016
0
BAXIŞ
Share on FacebookShare on Twitter

“Standard & Poors” kredit reytinqləri xidməti SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) uzunmüddətli kredit reytinqini “BB+”-dan “BB”-dək azaldıb. Bu barədə agentlikdən məlumat verilib.

socar-bat2Reytinqin proqnozu “stabil”dir. Həmçinin agentlik şirkətin prioritet təmin olunmayan borcu üzrə reytinqini “BB+”-dan “BB”-dək azaldıb.

SOCAR-ın reytinqinin azalması Azərbaycanın suveren kredit reytinqi azaldıqdan sonra baş verib.

SOCAR-ın reytinqi Azərbaycan hökumətinin zərurət yaranacağı halda ona təcili dəstək verəcəyi ehtimalı ilə bağlı agentliyin rəyini əks etdirir.

Agentlik SOCAR-ın ölkə iqtisadiyyatında rolunu “kritik dərəcədə vacib” kimi dəyərləndirir.

Şirkət Azərbaycan iqtisadiyyatının mühüm strateji neft-qaz sektorunda başlıca rol oynayır, ən iri işəgötürən və vergi ödəyicisi qismində çıxış edir, mühüm sosial funksiyanı həyata keçirir və neft emalı və neft-kimya seqmentlərində inhisarçı mövqeyə malikdir. Bundan başqa, SOCAR karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatı üzrə iri beynəlxalq layihələrdə, xüsusilə 11,6461% payla “Azəri-Çiraq-Günəşli” yataqlarının işlənməsində minoritar səhmdar və dövlət nümayəndəsidir.

Agentliyin qiymətləndirmələrinə görə, SOCAR hətta neftin qiymətinin ucuzlaşacağı halda borca xidmət göstərilməsi və ödənilməsi, əsaslı xərclərin maliyyələşdirilməsi proqramı üçün kifayət qədər vəsaitə malikdir. Bununla belə, S&P hesab edir ki, yaxın 12-18 ay ərzində SOCAR hasilatın həcmini artıra bilməyəcək.

SocarMcdonalds_17“Digər neft şirkətləri kimi, SOCAR da əsaslı xərcləri azaldır. Əvvəllər olduğu kimi, şirkət dövlətdən cari dəstək alacaq”, – deyə agentlik hesab edir.

SOCAR-ın reytinqləri üzrə “stabil” proqnozun təsdiq edilməsi agentliyin cari reytinqə uyğun şirkətin krediti ödəmə qabiliyyəti xüsusiyyətlərini qoruyub saxlaya biləcəyinə dair rəyini əks etdirir.

Agentlik gözləyir ki, SOCAR-ın reytinqləri Azərbaycanın suveren reytinqinə münasibətdə analoji reytinq fəaliyyəti olduğu halda artırıla bilər.

SOCAR-ın reytinqləri S&P-nin neftin qiyməti ilə bağlı proqnozu nəzərə alınarsa, yaxın 1-2 il ərzində çətin ki, yüksəlsin.

Agentlik Azərbaycanın suveren reytinqi ilə bağlı müsbət reytinq fəaliyyəti şərti ilə uzunmüddətli perspektivdə SOCAR-ın reytinqinin mümkün yüksəldilməsi məsələsinə baxa bilər.

Bu isə yalnız neftin bir barelinin qiymətinin 50 dollardan artıq olması və kapital qoyuluşlarının azalması nəticəsində baş verə bilər.

binaS&P-nin təkrar baxılan əsas ssenarisinə əsasən, 2016-cı ildə “Brent” markalı neftin bir barelinin orta qiyməti 40 dollar, 2017-ci ildə 45 dollar, 2018-ci ildən 50 dollardan artıq səviyyədə proqnozlaşdırılır.

“2016-cı ildə Azərbaycanda neft hasilatı təxminən 1% azalacaq”, – deyə agentliyin analitikləri hesab edirlər. Onların proqnozlarına əsasən, qaz hasilatının həcmi stabil olacaq.

Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycan hökuməti $10 mlrd. həcmində qiymətləndirilən TANAP, AÇG və “Şahdəniz” kimi iri layihələrdə SOCAR-ın iştirakının maliyyələşdirilməsinə dəstək verməkdə davam edəcək.

2016-2017-ci illərdə SOCAR-ın əsaslı xərcləri 1,5-1,6 mlrd. manata yaxın təşkil edəcək. S&P cari il üçün manatın dollara nisbətən mübadilə məzənnəsini orta hesabla 1,6 AZN/USD səviyyəsində proqnozlaşdırır.

Həmin proqnozlara əsaslanaraq S&P 2016-cı ildə SOCAR-ın əməliyyat gəlirlərinin şirkətin borcunun 30-35%-ni təşkil edəcəyini gözləyir.

 

 

Eyni kateqoriyadan Digər materiallar

США призвал Туркмению  выходить на газовый рынок ЕС
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.