Çərşənbə axşamı, Fevral 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Risklər Putinin OPEC-lə razılaşmasını kölgə altında qoyur

21/02/2016
1
BAXIŞ
Share on FacebookShare on Twitter

Nə tənəzzül, nə də ki, gəlirlərin həddindən çox azalması Rusiya Prezidenti Vladimir Putini Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) qoşulmağa və qiymətlərin qalxması üçün neft hasilatını azaltmağa inandıra bilmədi. Onun bu məsələ ilə əlaqədar səbəbləri siyasi deyil daha çox dövlətin maraqları ilə bağlı ola bilər.  

Russian President Vladimir Putin attends a signing ceremony of an agreement between state-controlled Russian oil company Rosneft and Exxon Mobil corporation at the Black Sea port of Tuapse, southern Russia, Friday, June 15, 2012. (AP Photo/RIA-Novosti, Mikhail Klimentyev, Presidential Press Service)
Photo/RIA-Novosti, Mikhail Klimentyev

Rusiyanın Enerji Naziri Aleksandr Novak və onun Səudiyyə Ərəbistanından, Venesueladan və Qətərdən olan həmkarları çərşənbə axşamı görüşərək hasilatın yanvar ayında olan səviyyədə saxlanılması barədə ilkin razılığa gəliblər. Dünyanın ikinci ən böyük xam neft istehsalçısının qarşısında istehsalın faktiki azaldılması barədə hər hansı razılaşmanı qəbul etmək üçün çoxlu sayda maneələr dayanır, hətta əgər Putin bunun milli maraqlara cavab verdiyini qəbul etsə belə.  Xam neft axınının azaldılması Rusiyanın neft yataqları və boru kəmərlərinə mənfi təsir edə, yeni, bahalı saxlama rezervuarlarının təmin olunmasını tələb edə və yaxud sadəcə həddindən çox vaxt apara bilər.

Çərşənbə axşamı əldə olunmuş razılaşmadan öncə Novak, digər istehsalçıların qoşulacağı təqdirdə hasilatın azaldılmasını nəzərdən keçirə biləcəyini bəyan etmişdi. Bununla belə, ölkənin ən böyük neft şirkəti olan “Rosneft” ASC-nin icraçı direktoru və Putinin yaxın tərəfdaşı olan İqor Seçin buna qarşı çıxmış və ötən həftə Londonda bəyan etmişdir ki, bu istiqamətdə əlaqələndirmə çox çətin olacaqdır, çünki heç bir böyük istehsalçının hasilatı azaltmaqda marağı yoxdur.

“OPEC-lə olan əlaqələrin tarixi göstərir ki, Rusiya şirkətləri istehsalın azaldılmasında o qədər də maraqlı deyil”, deyə, Oksford İnstitutunda Enerji Araşdırmaları sahəsində çalışan neft və qaz üzrə analitik Ceyms Henderson telefon müsahibəsində qeyd etmişdir. “Burada müəyyən əməli çətinliklər vardır və şirkətlər kimsə başqa birisinin bu addımı atmasını və qiymətlərin qalxmasından isə özlərinin faydalanmasını istəyirlər”.

Dörd istehsalçı Dohada bağlı qapılar arxasında görüşdükdən sonra brent markalı xam neftin qiyməti 6.5 faiz artmışdır. Səudiyyə Ərəbistanının Neft Naziri Əli Al-Naimi hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasının “adekvat”  olduğunu və dövlətin öz müştərilərinin tələbatını qarşılamaq niyyətində olduğunu bəyan etdikdən sonra qiymətlər yenidən düşdü. London vaxtı ilə saat 15.45-də neft fyuçersləri 2 faiz azalaraq neftin bir barelinin qiyməti 32.72 dollara düşmüşdür.

Donmuş boru kəmərləri
Rusiyanın əsas neft istehsalı bölgəsi olan Sibirdə qış mövsümündə temperatur mənfi 40 dərəcə Selsiyə qədər düşür. Bu isə kranı bağlamaq barədə düşünən hər bir kəs üçün çətinlik yaradır.

“Quyulardan axan neft və qazın tərkibində həmişə su olur və nasos dayananda borular dona bilər”, deyə Rusiyanın neft sənayesində 10 ildən çox çalışmış Mixail Pşenitsin e-poçt vasitəsilə məlumat vermişdir. Bu problem yay mövsümündə yaranmır, lakin hasilatın uzun-müddətə azalması riski hələ də vardır, çünki rezervuarlar duz və çöküntü ilə çirklənirlər, deyə o, qeyd etmişdir.

Bağlı quyularda istehsalın həyata keçirilməsini tam şəkildə bərpa etmək mümkün deyil, deyə “İHS İnc.” konsaltinq firmasının Rusiya üzrə rəhbəri Maksim Neçayev telefon müsahibəsində qeyd etmişdir.

Buna baxmayaraq Rusiya istehsalın sabit saxlanılmasında hər hansı çətinlik görmür, belə ki, ilin əvvəlindən tətbiq olunan yüksək vergilər ölkənin neft və qaz çıxarma seqmentinə investisiya potensialını zəiflətmişdir, deyə baş nazirin müavini Arkadi Dvorkoviç çərşənbə axşamı qeyd etmişdir.

“Bu öhdəliyi üzərimizə götürmək ümumiyyətlə bizim üçün çox da çətin deyil”, deyə Dvorkoviç Rusiyanın cənub şərqindəki Budyonovsk şəhərində jurnalistlərə müsahibəsində bildirmişdir. “Hazırda biz vergiləri qaldırmaq məcburiyyətindəyik və maliyyə nöqteyi-nəzərindən bu, istehsalın artmasına imkan verməyəcəkdir”, deyə o, qeyd etmiş və əlavə etmişdir ki, digər neft istehsal edən ölkələrlə əldə ediləcək hər hansı razılaşmadan sonra Rusiya şirkətləri ilə əlavə müqavilənin imzalanmasına ehtiyac olmayacaqdır.

Rusiya istehsalı azaltmadan, qlobal bazarlara etdiyi ixracı sadəcə daha çox xam nefti uzun-müddətə anbarlara yığmaqla da azalda bilərdi. Burada əsas çətinlik ölkənin müvafiq rezervuarlarının sayının az olmasıdır.

Rusiyada quruda neft saxlama anbarları, boru kəmərlərinə nəzarət edən “AK Transneft” Şirkətinə məxsusdur və neft ayırma müəssisələri və limanlara davamlı axını təmin etmək üçün bu anbarlar artıq tam dolmuşlar, deyə Moskvada fəaliyyət göstərən Enerji və Maliyyə İnstitutunun rəhbəri Vladimir Feyqin telefonla müsahibəsində bildirmişdir.

Böyük anbarlar

İstehsalın böyük hissəsini uzun müddət ərzində saxlamaq üçün tələb olunan iri həcmli yeni rezervuarların inşasına milyardlarla dollar vəsait lazımdır və bunu qısa vaxt ərzində həyata keçirmək mümkün deyil, deyə o, qeyd etmişdir.

Xam nefti sahildən kənarda yan almış gəmilərdə saxlamaq mümkün olsa da, Rusiyanın “üzən anbar rolunu oynayan yalnız yeddi tankeri – dördü hazır məhsullar üçün və üçü isə xam neft üçün – vardır”, deyə Londonda yerləşən “Drewry Maritime Advisors” Şirkətinin marketinq meneceri Antoniya Mitsna e-poçt ilə məlumat vermişdir. “Drewry Maritime Advisors” Şirkətinin məlumatına əsasən bu anbarların ümumi tutumu 643,000 metr ton təşkil edir və yaxud bu, dövlətin ötən il ərzində həyata keçirdiyi istehsalın təxminən 0.1 faizinə bərabərdir.

Böyük həcmdə neftin saxlanılması üçün xarici gəmilərin icarəyə götürülməsi isə baha başa gəlir. Qısa-müddətli tankerlərdə yük tarifləri qalxmışdır və gəmilərin sayı isə məhduddur, deyə Mitsna bildirmişdir.

Vergilərin artırılması

Rusiya hökuməti dövlət büdcəsinin 40 faizindən çoxunu təşkil edən enerji sənayesindən gələn gəlirlərin artırılması məqsədilə yollar axtarır. Yerli xəbər agentliyi olan “RİA Novosti”-nin verdiyi məlumata əsasən maliyyə naziri Anton Siluanov neft istehsalında vergidən azad olunan qiymət həddinin bir barel üçün 15 dollardan 7.5 dollara azaldılmasını təklif etmişdir.

“Aton” investisiya bankının neft və qaz üzrə analitiki Aleksandr Kornilovun apardığı hesablamalara görə bu addım neftin qiymətinin orta hesabla 30 dollar olacağı halda 1.08 trilyon rubl (13 milyard dollar) əlavə gəlir gətirə bilər. Bu isə öz növbəsində dövlət xəzinədarlığının doldurulmasına kömək edə və şirkətləri yüksək əməliyyat xərcləri tələb edən köhnə quyularda hasilatı məhdudlaşdırmağa həvəsləndirə bilər. 2015-i ildə Rusiyanın ümumi daxili məhsul istehsalı üzrə büdcə kəsiri 2.6 faiz təşkil etmişdir və bu, son beş ildə ən yüksək göstəricidir.

Venesuelanın axtardığı “fövqəladə” cavab tədbirləri ilə müqayisədə vergi rejiminin dəyişdirilməsi daha ləng baş verən bir prosesdir. “Adətən bu cür böyük vergi dəyişiklikləri növbəti ilin yanvar ayından etibarən qüvvəyə minir”, əgər onlar oktyabr ayında təqdim olunan büdcə layihəsinə daxil edilirsə, deyə Moskvada yerləşən “Goltsblat BLP” hüquq firmasının vergi üzrə direktor köməkçisi Sergey Likaçev telefonla müsahibəsində bildirmişdir.

ABŞ-ın Azərbaycandakı Səfirliyi

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.