Rusiyanın “Qazprom” şirkəti 2016-cı il üçün büdcəsində uzaq xaricə qaz ixracının orta qiymətini hər 1000 kub metr üçün 2015-ci ildəki $243-ə qarşı $199-dan hesablayıb.
Ayrıca olaraq 2016-cı ildə qaz ixrac qiymətlərinin stress ssenarisi hesablanıb – 1000 kub metr üçün $169.
Şirkətin büdcəsində neft qiymətləri bir barel üçün $50 və $35 (neqativ ssenari) nəzərdə tutulub.